Seks dərsi başlayır - KÖŞƏ

Seks dərsi başlayır - KÖŞƏ
KÖŞƏ
16:45 10.12.2012
8673
Təbriz İsmayılov “Seks dərsi” Bu yaxınlarda internetdə gəzişərkən maraqlı, bir o qədər də təəcüblü bir xəbərlə rastlaşdim.Xəbərdə yazırdı:"Azərbaycanın orta məktəblərində seksual tərbiyə üzrə dərslərin keçiriləcəyi gözlənir. Bu məsələ "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında" qanuna ediləcək əlavədə öz əksini tapacaq"

Təkcə birinci cümlə olsaydı bunu şayə kimi qəbul edərdim və Obamanın ilk səfərinin Azərbaycana olacağı xəbəri ilə eyniləşdirərdim.

Lakin müəllif ikinci cümləni yazmaqla fikrini qanunla əsaslandırıb.Düzü söhbət qanundan getdiyi üçün inanmamağa qorxdum. Nə isə mətləbdən uzaqlaşmayım seksual tərbiyə deyirdim axı.

Mövzu diqqətimi cəzb etməyə bilməzdi.(Məlum Azərbaycan cəmiyyəti üçün çox aktual mövzu olduğu üçün-T.İ.)Bu barədə elmi araşdırma aparmağı ve sarı dimdik balarımızı az da olsa söhbətdən xəbərdar etməyi özümə borc bildim və apardım da.Bu haqda sonra danışacam.İndi isə bu 'elm'in Azərbaycan məktəbində tədrisinin hansi fəsadlara gətirib çıxaracağından bəhs etmək istəyirəm.

Deməli belə..Bir anlıq təsəvvür edək ki,müəllim sinfə girir və uşaqlardan dünən keçilən dərsin adını soruşur. Ayağa qalxan 14-15 yaşlı gələcək "müəlim,orqazm zamani emosiyalarin tənzimlənməsi" deyir. Və ya qızının gündəliyini yoxlayan və onun "Seksual tərbiyə"dən bu gün 10 aldığını görən tipik azərbaycanlı atanın o andakı düşüncələrini yəqin etmək bu qədərmi çətindir? Onun səhər övladını yenidən dərsə buraxacağına inanmaq isə nə qədər realistlikdir? Bir də bu dərsin adının qısa formasını yaradacaq “Mamed”lər: "Seks dərsi(!).Yəqin ki, mektebliler də bu dərsin adını məhz bu cür tələffüz edəcəklər. Dəhşətdir elə deyilmi?Bədxah ideya sahiblərinin mətbuat konfransından kadrlara baxdım, məqsədlərini belə izah etdilər ki, guya bu naməhrəm, mentalitetimizə qəti zidd olan bu tədris gənclərimizin şəxsi həyatlarında dadlarına çatacaq. Bildirmək istəyirəm ki, burada söhbət ailə həyatından gedirsə onları düzgün istiqamətləndirmək üçün kifayət qədər "sənətkar" tapılır. (Burada təqribi hesablamalarima görə bu dərsin tədrisi nəticəsində daha on minə yaxın insan(yengə,sağdiş və s.) işsizlərin siyahısına qoşulacaq.O, bədbəxtlərin də ağlına heç vaxt gəlməzdi ki,bir gün onların çörəyiylə heç kim yox məhz təhsil naziri oynayacaq.-T.İ.) Hamımızın uşaq saydığımız bu günki məktəblini kişi ve qadın cinsi orqanlarının anatomik-fizioloji xüsusiyyətləri ilə tanış etmək və ya onlara seksden gələn zövqü izah etmək bununla da onları erkən oyanmaya sövq etmək bize ne verə bilər axı?Məncə növbəti dərsə gecikmə və bayıra alınan icazələrin sayını artırmaqdan başqa heç nə.Sonda sizi bu haqda apardığım elmi araşdırmanın nəticəsi ilə də tanış etmək istəyirəm. Birinci dəfə bu fənn 1889-cu ildə İngiltərədə tədris olunub. Orda cəmiyyət buna kəskin reaksiya verib və fənn yığışdırılıb. Eləcə də Almaniyada. Bu yaxınlarda həmin fənn Rusiyada da tədris olunmağa başlandı, hətta bağçalar üçün kitablar nəşr olunurdu. Rus cəmiyyətinin etirazı ilə bu aradan qalxdı. ABŞ-da bu tədris başlanmadan öncə mərkəzlər yaradıldı ki, yeniyetmələrin psixikasında dəyişiklikləri araşdırsın. Bu mərkəzin büdcəsi 1,5 milyard dollar idi. P.S. Yuxarını oxudunuzsa bu tipli dərslərin bu günə qədər bəzi ölkələrdə tədris olunduğu və hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə uğursuzluğa düçar olduğunu gördünüz. Hərhalda,inaniram ki,"yuxarı" və ya "yoğunlar" adlanan icraçılar bunu nəzərə alacaq,bu haqda ağıllı başla fikirləşəcək və bu dərsin həqiqətən bizə lazım olmadığını başa düşəcəklər
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi