Şəmkirdə iki avtomobil toqquşub - ölən və xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub - ölən və xəsarət alan var
SOSİAL
19:49 05.07.2026
521
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106” ilə "Hyundai” markalı minik maşınları toqquşub.

Nəticədə "VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR