Şəmkirdə yol qəzası olub - Hərbi qulluqçular xəsarət alıb

Şəmkirdə yol qəzası olub -  Hərbi qulluqçular xəsarət alıb
Bütün Xəbərlər
13:48 15.11.2013
1198

Günorta saatlarında Bakı-Qazax magistralının 386-cı km-də - Şəmkir rayonu Əliyaqublu kəndi ərazisində ərazisində yol qəzası baş verib.

Qəza zamanı "VAZ 21015" və "Opel" markalı maşın toqquşub. Nəticəsində 5 nəfər xəsarət alıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub.

"VAZ 21015" markalı avtomobildə olanlar N saylı hərbi hissənin qulluqçularıdır.

Xəsarət alanlardan ikisi "Opel"in sürücüsü və sərnişini, 3-ü isə "VAZ 21015"-in sürücü və sərnişinləridir. Hadisəyə "VAZ" markalı maşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Qəza ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.(TREND)

OXŞAR XƏBƏRLƏR