Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində "Miracle” mahnısı ilə təmsil edən, cazibədar müğənni Səmra Rəhimli paylaşımı ilə gündəmə gəlib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi sarı büstqalterdə özünü videoya çəkərək sosial media hesabında paylaşıb.
Kamera önündə ehtiraslı hərəkətlər edən Səmra yayımladığı görüntüsünə "Gecə-gündüz onlaynam” şərhini yazıb.
S.Rəhimlinin açıq-saçıq paylaşımı izləyiciləri qəzəbləndirib. Onlar Ramazan ayının qədr gecəsində müğənninin belə bir video lentə alaraq, yaymasını doğru addım saymayaraq, Səmranı tənqid ediblər.