Parisdə Sena çayının daşmasından xilas olmağa çalışan siçovullar küçələri basıb.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, çayın daşması nəticəsində gəmiricilərin yuvaları su altında qalıb.
Qeyd edək ki, Sena çayında suyun səviyyəsi ən azı 3,3 metr qalxıb. Daşqın nəticəsində sahilə yaxın ərazilər su altında qalıb.
Parisin 6 dəmir yolu vağzalı bir neçə günlük bağlanıb. Meteoroloqların proqnozuna görə, çayda suyun səviyyəsi yenə qalxacaq.