Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR

Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR
SOSİAL
14:18 21.07.2025
2380
Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmana dəyişiklik edilib.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.

Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.

AZXEBER.COM xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna müəyyən dəyişiklilər edilib:

"Dəyişikliklərə əsasən sovetlər vaxtı vətəndaşlara verilmiş torpaq sahələri üzrə mülkiyyət hüququ tanınacaq. Məlum olduğu kimi sovetlər dövründə Xalq Deputatları Soveti tərəfindən müəyyən qrup insanlara müvəqqəti istifadə üçün torpaq sahələri ayrılırdı. Sonrakı dönəmdə ictimai-siyasi formasiyanın dəyişməsi səbəbilə həmin torpaqların taleyi açıq qaldı. Halbuki ötən 35-40 ildə həmin torpaq sahələrində müəyyən tikinti işləri aparılıb. Lakin istifadəçilər müəyyən səbəblərə görə həmin torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış ala bilməyiblər. Yeni düzəliş məhz bu problemi aradan qaldıracaq. Təqdir ediləsi haldır ki, Fərmana əsasən 2001-ci ilə qədər vətəndaşların istifadəsində olan və ilkin sənədləri olan torpaqlara da müvafiq qaydada çıxarışlar veriləcək. 

Müsahibimiz əlavə edib ki, təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var:
 
"Onların bir qismi bələdiyyələrdən müəyyən sənəd alsalar da, digər qismin heç bir sənədi yoxdur. Yeni dəyişikliklər həmin torpaq sahələrinə şamil edilmir.Yalnız sovetlər vaxtından istifadədə olan torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış veriləcək”.
 
Bəs, proses nə zaman başlayacaq?
Bu sualla Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, artıq fərmanın icrasına başlanılıb:

"Fərmanda göstərilən sənədləri olan vətəndaşlar ölkə üzrə ASAN Xidmətin yerli şöbələrinə eləcə də, daşınmaz əmlakın Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
15:19 29.10.2026
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
15:16 29.10.2026
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
Qan qruplarına görə insan xasiyyəti
15:10 29.10.2026
Qan qruplarına görə insan xasiyyəti