Sənət yoldaşları Elçin Həmidovun məzarını ziyarət etdi - FOTOLAR

Sənət yoldaşları Elçin Həmidovun məzarını ziyarət etdi - FOTOLAR
MƏDƏNİYYƏT
19:00 02.07.2014
4304
Sənət yoldaşları üç il əvvəl dünyasını dəyişmiş mərhum aktyor, əməkdar artist Elçin Həmidovun məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup əməkdaşının gerçəkləşdirdiyi ziyarət mərhum aktyorun doğum günündə baş tutub.
Teatrın truppa müdiri Vidadi Həsənov, tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü dilə gətirib.
“Qrim otağının qarşısından keçəndə belə elə onun varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.
Əməkdar artist Nahidə Orucovanı mərhumla 35 illik dostluq və yaradıcılıq telləri bağlayır.
“Mən gənc yaşda qardaşımı, Elçin də gənc yaşda bacısını itirib. Həyatımızdakı bu boşluğu ancaq bir-birimizə həqiqi mənada bacı-qardaş olmaqla doldurmuşduq. Ən çətin anlarında yanında olmuşam, qayğısını çəkmişəm. İkinci dəfə də qardaşsız qaldım və onun yerini kimsə doldura bilməz... İldə iki dəfə - ölüm və doğum günlərində onu ziyarət edirəm.
Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqda düşüncələrini belə ifadə edib.
“Çox istərdim ki, Elçin sağ olaydı, ad günü arzularımı özünə deyim, amma... Elçin, onu tanıyan hər kəs üçün əzizdir. O, bir həyat tarixçəsi idi. Deyirlər, səbəbkarsız ad günü etmək olmaz. Lakin buna rəğmən onu sevənlər bu gün onun soyuq məzarı ətrafına toplanıb. Həyatda necə bizi sevindirməyi bacarırdısa, biz də Elçini xatırlamaqla onun ruhunu sevindirmiş oluruq. Ruhun şad olsun, dostum!”.
Xatırladaq ki, tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində qısa zaman ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində maraqlı obrazlar yaradıb.
Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa, aktyorun yaratdığı son obrazı, 23 fevral tarixində bu tamaşa ilk və teatrda son premyerası oldu.
Elçin Həmidov 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.
///Gun.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
15:11 13.10.2026
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
15:08 13.10.2026
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
TikTok-da yeni funksiya
15:05 13.10.2026
TikTok-da yeni funksiya
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
15:04 13.10.2026
Könül Nurullayeva: Azərbaycan və Kamboca müxtəlif sahələrdə təcrübə mübadiləsini genişləndirir
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
14:09 13.10.2026
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
14:07 13.10.2026
Yaqub İsgəndərov: "Palatanın yaradılması məhkəmə ekspertizasında yeni mərhələdir"
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
14:05 13.10.2026
YAP-dan Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin açıqlamalarına ETİRAZ
Laos Prezidenti Zəfər parkını ziyarət edib
13:58 13.10.2026
Laos Prezidenti Zəfər parkını ziyarət edib
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:57 13.10.2026
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
13:41 13.10.2026
VPN istifadəçiləri hansı təhlükələrlə üzləşə bilər?- Ekspertdən xəbərdarlıq
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
13:30 13.10.2026
Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinənlər saxlanıldı - FOTO
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
13:25 13.10.2026
"Qız uşağına necə geyinməyi deyil, necə düşünməyi öyrətmək lazımdır"
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
13:23 13.10.2026
Səbaildə problem aradan qaldırıldı: Su təchizatı bərpa edildi
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir