Şenol Güneşin taleyinə qarşıdakı günlərdə aydınlıq gələcək

İDMAN
18:37 09.09.2021
857
Türkiyə Futbol Federasiyanın prezidenti Nihat Özdemir milli komandanın baş məşqçisi Şenol Güneşlə görüşüb.

2,5 saat davam edən toplantının ardından tərəflər ortaq məxrəcə gələ bilməyib.

Onlar qarşıdakı günlərdə yenidən görüşməyi qərara alıblar.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə uduzub. Bu məğlubiyyətdən sonra Şenol Güneşin istefası müzakirə mövzusu olub. 2000 - 2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın sükanı arxasına keçib.

OXŞAR XƏBƏRLƏR