SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib

SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
DÜNYA
05:36 14.11.2026
72
Hörmüz boğazının cənubunda İranın müəyyən etdiyi qaydaları pozan iki neft tanker minaya düşüb və partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Radar və yer təyinetmə sistemləri söndürülmüş halda gizli şəkildə Hörmüz boğazının icazəsiz marşrutundan keçməyə çalışan iki neft tankeri dəniz minasına çırpılaraq partlayıb və yanğına məruz qalıb", - SEPAH-dan bildirilib.

SEPAH gəmi sahibləri və gəmiçilik şirkətlərinə xəbərdarlıq edib: "Hörmüz boğazından SEPAH Hərbi Dəniz Qüvvələrinin boğazdakı hərəkətə nəzarət mərkəzi ilə əlaqələndirilmədən keçməyin və bu boğazdakı İran qaydalarını qulaqardına vurmağın aqibəti belə olacaq".

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
OXŞAR XƏBƏRLƏR