İranın mülki gəmilərin "Larak dəhlizi"ndən (İranın Larak və Qeşm adaları arasındakı sulardan keçən strateji dəniz yolu) keçməsinə icazə verməsi ilə bağlı açıqlamadan sonra bir sıra gəmilər Hörmüz boğazından keçib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilir.
"Lakin atəşkəs şərtləri ilə bağlı öhdəliyin pozulması nəticəsində ABŞ İran gəmilərinin və limanlarının dəniz mühasirəsini ləğv etməyib, buna görə də bu gün axşamdan etibarən Hörmüz boğazı bu mühasirə ləğv edilənə qədər bağlanır", - bəyanatda qeyd olunub.
SEPAH heç bir gəminin Fars körfəzi və Oman dənizindəki lövbər yerindən hərəkət etməməsi barədə xəbərdarlıq edib: "Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qiymətləndiriləcək və qaydanı pozan gəmi hədəfə alınacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçirib. Tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.
/report











































