Sərhədi keçmək istəyən miqrantlar polşalı əsgərləri yaraladı

DÜNYA
07:28 26.10.2021
229
Belarusdan qeyri-qanuni miqrantların sərhədi keçmək cəhdi Polşanın iki əsgərinin yaralanması ilə nəticələnib.
 
AZXEBER.COM xəbər verir ki, bunu Polşanın sərhəd xidməti məlumat yayıb. Qeyd olunub ki, həftəsonu iki dəfə sərhədi zorla keçməyə cəhd edilib. Belə ki, təxminən 60 və 70 nəfərdən dəstə Polşa ordusunun sərhədçilərinə və əsgərlərinə daş və ağac atıblar:

"İki əsgər xəstəxanaya aparılıb. Polşaya güc yolu ilə girmək cəhdlərinin hər ikisinin qarşısı alınıb”.

OXŞAR XƏBƏRLƏR