Sərnişin avtobusları bir-birinə çırpıldı - FOTOLAR
Bütün Xəbərlər
12:18 04.04.2015
1064
Bu gün Sumqayıt şəhərində iki avtobus toqquşub.Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, 7 saylı sərnişin avtobusu ilə 30 saylı “Daewoo” markalı avtobusla toqquşub.Qəza nəticəsində hər iki avtobusa ziyan dəyib. Avtobusların qabaq şüşələri çatlayıb. 7 saylı avtobusun buferi qırılıb.İlkin ehtimala görə, hadisə avtobus sürücülərinin ötmə əməliyyatını düzgün yerinə yetirə bilməməsi səbəbindən baş verib.Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.Faktla bağlı araşdırma aparılır.