Sərnişin avtobusu kamazla toqquşdu - Bakıda dəhşətli qəza - VİDEO

Sərnişin avtobusu kamazla toqquşdu - Bakıda dəhşətli qəza - VİDEO
Bütün Xəbərlər
13:11 07.06.2015
4067
Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.
APA-nın məlumatına görə, 214 saylı xətt marşrutu ilə işləyən sərnişin avtobusu ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.
 
Avtobusda sıxılmış vəziyyətdə qalmış bir neçə sərnişin avtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
 
Hadisə yerinə polis, FHN və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
OXŞAR XƏBƏRLƏR