Sərnişinləri aldadan- Monitorlar

Sərnişinləri aldadan-  Monitorlar
SOSİAL
15:48 29.03.2016
1908
Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir.
Bir müddət əvvəl dayanacaqlarda avtobuslarıb gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da, amma nədənsə onlardan heç bir məlumat almaq mümkün deyil. Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işləməsi, təəssüflər olsun ki, qısa müddətli oldu.
"Dayanacaqlarda quraşdırılan monitorların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir".
Odur ki, bu gün çətin hansısa dayanacaqda düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda olan monitor işləmir. Sərnişinlər ondan güzgü kimi istifadə edirlər.
Dayanacaqlardan birində quraşdırılan monitor
"Eurovision" ərəfəsində xərc çəkilərək quraşdırılan bu monitorların demək olar ki, hamısı elə həmin müsabiqə vaxtı işlədi. Ondan sonra toz basan bəzi monitorların yenidən işə düşməsində deyəsən bəzi problemlər mövcuddur.
"Dayanacaqlarda qurulmuş monitorların hər biri dövlətə təxminən 10 min dollara başa gəlib".
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyir ki, monitorların əksəriyyətinin işləməməsi həmin ərazilərdə gedən təmir-tikinti işləri ilə bağlıdır: "Əksər yollarda təmir gedir, yaxud özəl şirkət sahibləri haradasa obyekt tikir, bu zaman onlar dayanacaqlarda quraşdırılan monitorların kabellərini zədələyirlər. Bu barədə bizə məlumat vermirlər. Məlumat verilən ərazilərdəki monitorları isə yenidən işə salmaq xeyli vaxt aparır", - deyə qurum rəsmisi bildirdi.
Rauf Mirqulamov - NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi
Ölkəmizdən fərqli olaraq, xarici ölkələrdə monitorların harada quraşdırılmasından asılı olmayaraq, onlar daim işlək vəziyyətdədirlər. Dayanacaqlarda avtobusların intervalını əks etdirən monitorlar isə daim sərnişinlərin ixtiyarındadır. Məsələn, Avropanın bütün ölkələrində, o cümlədən, Almaniya, Finlandiyada, eləcə də, ABŞ kimi ölkələrdə bunun şahidi olmaq mümkündür.
Hazırda istifadən olunan LED monitorlar ilk dəfə ABŞ-ın Texas ştatında hazırlanıb. Əvvəllər televizor üçün nəzərdə tutulsa da, daha sonra küçələrdə dayanacaqlarda, məlumat vermək, reklam göstərmək və s. kimi tətbiq üçün nəzərdə tutulub. Bakıda bu sistemin quraşdırılması üçün Cənubi Koreyanın “SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub. Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ilə təsadüf edib.
Paytaxtımızda bu sistemin işləməsi üçün təkcə dayanacaqlara 611-dən çox avadanlıq quraşdırılıb. Dayanacaqlarda qurulmuş monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil. Yaranmış bu vəziyyətdən əziyyət çəkənlər isə sərnişinlərdir. Odur ki, monitorların normal işləməsi və sərnişinlərin onlardan yararlanması üçün aidiyyatı qurumlar dərhal hərəkətə keçməli, bununla bağlı yaranmış problemi aradan qaldırmalıdırlar.
anspress.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI