Sərnişinlərin diqqətinə: Qatarların hərəkətində müvəqqəti dəyişiklik

Sərnişinlərin diqqətinə: Qatarların hərəkətində müvəqqəti dəyişiklik
SOSİAL
21:00 24.08.2026
210
Avqustun 25-dən Xırdalan-Biləcəri mənzilində aparılacaq təmir işləri ilə əlaqədar Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a çatdırılacaq.

Qeyd olunub ki, avqustun 25-dən etibarən yeni hərəkət cədvəlləri www.ady.az saytında və "ADY Mobile" tətbiqində aktiv olacaq.

Təmir işləri başa çatdıqdan sonra Xırdalan-Sumqayıt xətti üzrə sərnişindaşıma da bərpa ediləcək.
OXŞAR XƏBƏRLƏR