Sərxoş sürücülər polislərin başına oyun açdılar – FOTO-VİDEO

Sərxoş sürücülər polislərin başına oyun açdılar – FOTO-VİDEO
SOSİAL
15:49 24.08.2016
8976
Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisələr də qaçılmaz olub.
AZXEBER.COM xəbər verir ki, Kəpəz TV-nin əməkdaşları da yollarda hərəkətin təhlükəsizliyini təmin edən polislərin reydində iştirak edib.
Reydi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı şəhərindən ezam etdiyi əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi bölməsi birgə keçirib. Hədəf kimi hərkətin intensivliyi müşahidə olunan Gəncə-Toğanalı və Gəncə-Topalhəsənli avtomobil yolları seçilib. Yol polisləri yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı barışmaz mövqe tutublar.
Reyd zamanı sərxoşluq əlamətləri olan sürüclər özlərinə haqq qazandırmağa çalışıblar. Hətta, bəzi hallarda polisə müqavimət göstərməyə cəhd edənlərə də rast gəlinib.
Bəzi sürücülər isə sərxoş olmalarını etiraf etsələr də, yazılan protokollarda qeyd edilən cərimə ilə razılaşmayaraq mübahisə yaradıblar.
Bütün etirazlara baxmayaraq sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb. Eləcə də, yol polisinə qarşı zor tətbiq etməyə cəhd göstərənlər əməliyyat qrupu tərəfində polis şöbəsinə aparılıb.
İsa Deystani - BDYPİ-nin baş inspektoru: “Bizim əsas məqsədimiz sürücüləri maarifləndirməkdir, onları və digər hərəkət iştirakçılarını bədbəxt hadisələrdən qorumaqdır. Sizin vasitəsinizlə bir daha sükan sahiblərinə müraciət edərək onları sərxoş avtomobil idarə etmədən yayındırmağa çağırıram. Əks halda qanunun tələbləri qaçılmazdır”.
Reyd zamanı 20-yə yaxın sürücü sükan arxasına sərxoş oturduğu üçün məsuliyyətə cəlb edilib. Yol polisinin bu istiqamətdə tədbirləri davam edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
12:07 08.06.2026
Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
12:04 08.06.2026
İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
11:55 08.06.2026
Sosial mediada yeni dövr: 16–18 yaş qrupu üçün qaydalar müəyyən olunur
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
11:53 08.06.2026
İran XİN: İsrailin hücumlarına görə ABŞ məsuliyyət daşıyır
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
11:44 08.06.2026
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
11:28 08.06.2026
Həyat yoldaşını ən yaxın dostu hesab edənlər daha xoşbəxtdir - ARAŞDIRMA
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
11:28 08.06.2026
Bakıda üç yaşlı körpə 8-ci mərtəbədən yıxıldı
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
11:20 08.06.2026
Məşhur rusiyalı repçi yəhudiliyi qəbul etdi, adını dəyişdi
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
11:19 08.06.2026
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, üç gün davam edəcək...
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
11:14 08.06.2026
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
11:11 08.06.2026
İsrail–İran gərginliyi: üç hava limanında bütün reyslər ləğv olundu
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
11:07 08.06.2026
“Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir” - Ekspert
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
10:57 08.06.2026
Paşinyan: Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
10:45 08.06.2026
Bank Respublika “Ağır ol, qazan!” lombard kredit kampaniyasına start verdi
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
10:25 08.06.2026
Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
10:24 08.06.2026
“Kontakt” Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır