Sesver.az saytı cəmiyyətə nə verəcək? - Məlumat

Sesver.az saytı cəmiyyətə nə verəcək? - Məlumat
Bütün Xəbərlər
13:15 24.09.2013
1773

Bu il keçiriləcək Prezident seçkiləri ilə əlaqədar sesver.az saytının fəaliyyətə başladığını xəbər vermişdik.

AZXEBER.COM sayt haqqında qısa məlumatı nəzərinizə çatdırır.

Saytda əsas səhifədə seçkinin başlanmasına qalan müddət göstərilir və saniyə dəqiqliyi ilə yenilənir.

Bundan başqa, seçicilərlə bağlı qısa statistik məlumat yerləşdirilib. Ana səhifədə həmçinin seçki ilə bağlı sorğular yer alıb. Seçicilərin öz adını seçicilər siyahısında tapması və seçki məntəqəsinin yerini müəyyənləşdirməsi üçün axtarış sistemləri yerləşdirilib. Əlavə olaraq, “Səs ver” kampaniyası ilə bağlı ən son yenilikləri baş səhifədə tapmaq mümkündür.

Saytda “Təlimat”, “Xəbərlər”, “Namizədlər” və “Qanunvericilik” başlığı altında 4 bölmə fəaliyyət göstərir. Təlimat bölməsində seçkilərdə iştirak etməyin vacibliyi, seçicilərin sayı və digər məsələlərlə bağlı maarifləndirici məlumatlar və təlimatlar yer alır.

Xəbərlər bölməsində “Səs ver” kampaniyasıyla bağlı xəbərləri izləmək olar. Namizədlər bölməsi prezidentliyə namizədlər haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub. Qanunvericilik bölməsində isə Azərbaycan Respublikasının KonstitusiyasıAzərbaycan Respublikasının Seçki Məcəlləsi yer alıb.

OXŞAR XƏBƏRLƏR