AZXEBER.COM "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu addım İspaniyanın Gənclər Nazirliyinin rəsmi müraciəti əsasında atılıb. Nazirlik prosesin maliyyələşdirilməsini və lazımi infrastrukturun qurulmasını öz öhdəsinə götürüb.
Məlumata görə, hazırda "Reina Sofia" və "Principe Felipe" məktəbləri müvəqqəti sığınacaq kimi açılmağa tam hazır vəziyyətə gətirilir.
Artıq təhsil müəssisələrinin qarşısında uşaqlar üçün qida, geyim və digər zəruri ilkin tələbat mallarının boşaldılması prosesi həyata keçirilir.











































