Sevgililər zəhər içərək, özlərini öldürdü - Ailələri evliliyə qarşı çıxdığı üçün

MARAQLI
15:33 19.11.2021
1117
Ailə evliliklərinə etiraz etdi, sevgili olan cütlük birlikdə ölümə getdi.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Pakistanda adları Müqəddəs və Adnan olan iki gənc bir-birinə aşiq olub. Evlənmək istəyən cütlüyün ailələri bu birliyə qarşı çıxıblar. Ailəsi Müqəddəsi başqasına vermək istəyəndə gənc qız sevgilisi Adnanla zəhər içərək əl-ələ verib həyatlarına son qoyublar.

Polis Müqəddəslə Adnanın uzun müddətdir ki, bir-birini sevdiyini və Müqəddəs ailəsinin bu münasibətə qarşı olduğunu bildirib.

Həmçinin onlar ailənin qızını başqa bir kişiyə vermək üçün başqa ailə ilə razılaşdığını bildirib.

Cütlük o vəziyyətdə tapıldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, həyatlarını xilas etmək mümkün olmayıb.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR