Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati

Sevgilisi ilə Tiflisə gedən Fatiməni xalası oğlu belə öldürdü... - Dəhşətli qətlin təfərrüati
SOSİAL
21:51 01.07.2026
640
Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qız qətlə yetirilib.

AZXEBER.COM 24News.ge-yə istinadən xəbər verir ki, 21 yaşlı qız Fatimə Kərimovanı xalası oğlu iki həftə ərzində kilidli saxlayıb, vəhşicəsinə döyüb, daha sonra isə boğaraq öldürüb.

Məlumata görə, azərbaycanlı qız Tbilisiyə sevgilisi ilə birlikdə gedib, lakin cütlüyün pulu bitdikdən sonra oğlan qızı küçədə qoyaraq özü Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, Fatimə Kərimovaya ilkin olaraq Gürcüstan vətəndaşı sığınacaq verib, bir neçə gündən sonra isə qohumu – xalası oğlu gələrək ona mənzil kirayələyəcəyini deyib. Lakin sonradan məlum olub ki, onun niyyəti kömək etmək deyil, qızı qətlə yetirmək olub.

Qətlə yetirilən qızın yaxınları Fatimənin yetim olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR