“10 il sonra oğluma deməyəcəklər ki, atan "TikTok"da təlxəklik edirdi” - Cavidan Novruzla MÜSAHİBƏ

MÜSAHİBƏ
15:40 24.04.2024
3788

"Azxeber.com” informasiya portalının "Gəl danış” rubrikasının budəfəki müsahibi həm oynadığı rollar, həm də ifa tərzi ilə sevilən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, müğənni, bəstəkar Cavidan Novruzdur.

"Yaşlı nəsil aktyorların gənc nəslə hər zaman qısqanclığı olub”

 

 


-Salam Cavidan bəy.

"Salam, xoş gəlmisiniz.Müsahibələrinizi hər zaman izləyirəm və çox bəyənirəm. Dəvətiniz üçün öncədən təşəkkür edirəm".

-İşləriniz necədir? Fəaliyyətiniz nə yerdədir?

"Təzəlikcə hər şey yoluna düşür. Bu bir az da mənim özümdən asılıdır. Yenidən haradansa başlamaq lazım idi. O şəraiti özüm özüm üçün yaratdım, indi hər şey daha yaxşıdır. Aktyorun kökü teatrdır. Yeni işlər, yeni rollar var".

-Aktyor, müğənni, bəstəkar Cavidan Novruz... Bəs siz özünüzü hansı peşədə daha rahat və peşəkar hiss edirsiniz?

"Uşaqlıqdan arzum aktyor olmaq olub, ona görə də bu işin təhsilini almışam. Allah mənə digər istedadları da veribsə, niyə də istifadə etməyim? Amma mən gələcəkdə hansısa bəstəkarla ya müğənni ilə bəhsə girəcək xarakterdə insan deyiləm. Heç kimə demərəm ki, mən bu işi səndən yaxşı bacarıram. Bu dünyanın hər yerində var. Elə ən yaxını Türkiyəni götürək, o qədər aktyor var ki, müğənnilik də edir, və ya əksinə. Bu məndə sadəcə xobbidir. Deyilənə görə uğurlu da alınır".

-Bildiyimə görə, illər öncə atanız sizin aktyor olmağınıza qarşı olub?

"Aktyorluq sənətinin çox çətin yollardan keçdiyi dönəmlər var idi. Bunu öz ailəmdə də yaşamışam. Ona görə atam deyirdi ki, aktyorun yaşayışı bu olacaqsa övladımın da bu əziyyətləri çəkməyini istəmərəm. Atamın bu sənəti seçməyimə qarşı çıxmasına tək səbəb bu idi. Amma atam mənim istedadıma bələd idi. Uşaqlqdan teatrda böyümüşəm. İllər ötdükcə teatrlarımızda dəyişikliklər baş verdikcə atam da ümüdləndi. Sevindi ki, Aktyorluq sənəti daha da inkişaf edəcəyinə sevinən atam aktyor olmağıma icazə verdi".

-Atanızın teatrda düşündüyü yeniliklər baş verdi?

"Yox, yanılırsınız. Teatrlara kifayət qədər maraq var. Mehriban Ələkbərzadənin qurduğu yeni bir tamaşa var, "Əsrə bərabər gün”. İnanın ki, onu 5 gün də oynasaq, anşlaqla qarşılanır. Bu çox gözəl göstəricidir".

-Aktyorluqla məşğul olan birinin bu işin təhsilini alması nə qədər vacibdir? Ya aktyorluq istedad məsələsidir?

"Hazırda elə aktyorlar var ki, təhsil almayıb, amma peşəkardır. Götürək elə Fərda Xudaverdiyevi, Müşfiq Şahverdiyevi, Ənvər Abbasovu. Onları həm sevib qəbul edən, həm də etməyən kütlə var. Amma insafla danışmaq lazımdır ki, illərdir bu sənət üçün can qoyurlar. Salonları doldururlar, tamaşaçının üzündə gülüş yarada bilirlər. Onların bir dənə diliqısa olacağı mövzu varsa, o da diplomun olmamasıdır. Vacib deyil ki, hər yaxşı aktyor teatrda işləsin. Mən sizə onlarla aktyor sayaram ki, təhsil də alıb, teatrda da işləyir amma nə Fərda qədər bacarığı var, nə də onu tanıyan. Bunu etiraf etmək lazımdır. Azərbaycan kinosunda da var belə insanlar. Hansı ki, rolları yaddaşlarda qalıb, amma baxırsan ki, təhsili yoxdur".

-Azər Axşamın Azxeber.com-a müsahibəsi zamanı belə bir fikri var idi. "Film sahəsi monopoliyadır. "KVN”-çilər ssenari yazır, özləri rollara çəkilir, özləri də rejissorluq edirlər”. Bu fikirlə razısınız?

"Mənə bir dramaturq göstərin ki, o nəsə yazır və onun yazdığı tələb olunur. Bu gün tamaşaçı bunu istəyir. Dəfələrlə olub ki, sanballı bir iş təqdim edirsən, verirsən kinoteatrlara, tamaşaçı heç gedib ona baxmır. Azər Axşam sənətkardır. Ona bir söz demirəm. Amma kommersiya işi başqadır, ciddi sənət başqa. Götürək elə Taleh Yüzbəyovu. "Zəhər tuluğu” filmini çəkdi. Baş rollarda da ikimiz oynadıq, bir də Ləman Məlik. Film o qədər uğurlu oldu ki, maraqla da qarşılandı. Deməli bizimkilər də lazım olanda edirlər. Ortada çəkilən əziyyət varsa, heç kimin haqqı yoxdur ki, o işi pisləsin. Onların da öz kütləsi var. Kim yaxşı iş görürsə gərək baltalasınlar. Yaşlı nəsil aktyorların gənc nəslə hər zaman qısqanclığı olub və bu kənardan çox pis görsənir. Atam da cavan aktyorları tənqid edən sənət dostlarına deyərdi ki, axı biz də cavan olmuşuq və bu uşaqların etdiyinin yarısını belə edə bilməmişik. Zamanında mənim atamın dəstək olduğu dövrünün elə gənc aktyorları var idi ki, indi yaşa dolublar və məni bəyənmirlər, olduğum layihəni qəbul etmirlər. Çıxırlar hamının haqqında kinli-kinli danışırlar. Adam arasında "Komedixana”nı tənqid edirlər amma kənarda mənə zəng edib deyir ki, layihə rəhbəri mənə də orda rol verə bilər? ”.

-"Komedixana”da cinsi azlıq nümayəndəsinin obrazını yaratmışdınız. İnsanlar tərəfindən birmənalı qarşılanmamışdı. Aktyor ona verilən hər rolu oynamalıdır?

"Bilirsiz necədir? Artıq bəlli bir yaşım var. Müxtəlif rollar oynamışam. Bunların arasında avtoritet də olub, hərbiçi də olub. Aktyor, ona verilən hər rolu gərək ustalıqla oynasın. O deməməlidir "Bu rol mənlik deyil”. Mənim o rolum bilirəm ki, çox gözəl alınıb. Ona görə də diqqətləri çəkib. Onu qınaq obyektinə çevirənlərin də kim olduğunu bilirəm. Onların əksəriyyəti televiziya aparıcıları və "gizlin calaqçılar”dır. O insanlar da mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas tamaşaçının məni hər görəndə o rola görə təbrik etməsidir,bu mənə bəs edir.”

"Pərvinin şanssızlığı Azərbaycanlı rejissorların əlinə düşməsidir". 

- Uzun zaman Azərbaycanda film və serial istehsalı yox dərəcəsində idi. İndi sektorda canlanma müşahidə olunur. "Alatava” və "Əqrəb mövsümü” kimi seriallar böyük maraqla qarşılanıb. Yeni layihələrə münasibətiniz necədir?

"Münasibətim çox yaxşıdır. Həmin komanda ilə mənim də bu yaxınlarda bir işim olacaq. Əvvəllər nəqədər istedadın olsa da ortaya heçnə çıxarda bilmirdin. İndi amma sosial şəbəkələr, montaj proqramları və texnika istedadla birləşəndə onlar da özlərini göstərə bilirlər. İlk dəfə Mənsur Şərifi görəndə demişdim ki, bu uşaq nəsə əldə edəcək. Bu gün o bacarığını sübut elədi. Yaxşı aktyor serialda oynayan yox, səhnədə oynayandır. Adını çəkdiyiniz yeni layihələr çox möhtəşəmdirlər. Əgər tamaşaçı otrub iki aktyorun dialoquna 10 dəqiqədən artıq baxa bilirsə, deməli o iş maraqlıdır. Bu layihələr son dönəmdə Azərbaycanın serial bazarında çevriliş ediblər. Bunlarla yanaşı uğursuz seriallarımız da var. Mənasız baxışmalar, səs-küy, ailə məişət məsələləri. Gərək onlar da baxıb bunlardan öyrənsinlər”.

-Azərbaycanda aktyorlar bu sahədən yetərincə gəlir əldə edirlərmi? Maddi baxımdan istədikləri yerə gəlib çata biliblərmi?

"Elə aktyorlar var ki, istəklərini dilə gətirərək rejissoru özünə tabe edə bilir. Özünə elə qiymət qoyub ki, deyır qiymətim budur. Çəkirsən çək, çəkmirsən mənim ehtiyacım yoxdur. Amma çoxluq hələ də o səviyyədə deyil. Tək-tük aktyorlar var ki, özlərinə qiymət qoyublar”.

-Aktyorların özünə qoyduğu bu mənəvi qiymət nədən qaynaqlanır?

"Bunu aktyor özü edir. Simasına əsasən özünü brendləşdirir. Amma əslində onu digər aktyorlardan heçnə fərqləndirmir. Hətta deyərdim ki, o məbləği almayan aktyorlar ondan qat-qat istedadlıdır. Amma bu iş heç də uzun müddətli olmur”.

-Sizcə, niyə bu sənətdə qadınlar kişilərdən daha çox pul qazanırlar?

"Açıq şəkildə deyə bilərsiz ki, söhbət hansı aktrisalardan gedir?”

-Əlbəttə, Pərvin Abıyeva, Zarina Qurbanova.. Onlar son zamanlar çox tələb olunan aktrisalardandır.

"Mən deyə bilərəm ki, Pərvini çox adam qəbul eləmir. Amma olaraq kişinin qadına baxdığı kimi yox, akytor kimi deyirəm ki, Azərbaycanda Pərvin görünüşündə 2- ci belə effektli aktrisa yoxdur. Bunu özümdə çox düşünmüşəm ki, görəsən Pərvini kimsə əvəz edə bilər? Amma görmüşəm ki, yox. Bu sadəcə Pərvinin şanssızlığıdır ki, Azərbaycanda belə rejissorların əlinə düşüb, ondan düzgün istifadə edə bilmirlər. Digər aktrisalar ki, var, deyirlər mən bu qiymətə çəkilirəm, inanın səmimiyyətimə yalan deyirlər. Hamısı ilə işləmişəm, aldıqları pullardan da xəbərdaram. Göstəriş xatirinə mən, mən deyirlər. Azərbaycanda heç bir rejissor onların dedikləri məbləğləri vermir, heç vaxt da verməyəcək. "Təhminə və Zaur” serialında o vaxt Pərvin çəkiləcəkdi. Rejissor istədiyi pulu vermədi deyə çəkilmədi. O rolu başqasına verdilər amma o qədər də uğurlu olmadı. Amma hansısa reklam şirkəti var ki, Pərvini çəökmək istəyir, hə, dediyi pulu da verir. Azərbaycan seriallar aktyorlara yüksək pullar vermir. Buna görə də mən artıq son illərdə heç bir serialda rol almıram. Bu sadəcə vaxt itkisidir, məvacibi də çox az”.

Aktyorun səhnədən getmək yaşı varmı?

"O zaman gedə bilər ki, onun xarakterində problemlər var. Onu özü hiss etməlidir ki, bu xasiyyətlə mən ətrafdakılara zərər verirəm. Aktyor hər yaşda lazımdır, sadəcə gərək onu küsdürməyəsən. Baxırsan illərdir teatrdadır amma yadda qalan rolu yoxdur”.

-Aktyorlar rollarını yaşadır, yoxsa rollar aktyorları unudulmaz edir?

"Təbii ki aktyyor rollarını yaşadır. Çünki elə olur ki, baxırsan rol yaxşı roldur amma aktyor onu yarada bilməyib. Çox uzağa getməyək, elə Həzi Aslanov rolu. Çox gözəl alınmışdı atamda. Bu gün də Həzi Aslanov deyəndə Ramiz Novruz yada düşür. Elə aktyor var ki, hətta sərkərdəni oynayıb amma bu gün o haqda danışan yoxdur”.

"Son günlər atamın ayaqları tutulmuşdu

-İstərdim bir az atanızdan danışaq. Bu gün o həyatda olmasa da, onun oğlu olmaq necə bir hissdir?

"Bu mövzu mənim çox həssas nöqtəmdir. (gözləri dolur). Nə deyə bilərəm? Kaş ki, bu teatrda işləyən bəzi aktyorlar da onun kimi olaydı. Biz onla dost olmuşuq, dünyada ən çox sevdiyim insan idi. Ölümü çox gözlənilməz oldu. Böyük bir itki oldu mənim üçün. Saçım, saqqalım ağardı, həyatdan qopdum. İndi toparlanıram, çalışıram həyatdan yapışım. İndi o yaşlı aktyorlardan özümə qarşı elə hərəkətlər görürəm ki, düşünürəm insan oğlu nə qədər çiy olar? Saxta olar? Bu teatrda elə insanlar var ki, həqiqətən də çox nankor çıxdılar. Çox istədim ki, onlardan atamın iyini alım, çünki dost olublar. Amma gördüm ki, bu insanlar səhnədə belə quyumu qazmaqla məşğuldurlar. İstəməzdim ki, o insanlar gözümdə belə ucuz gösrrsənsinlər. Mənimlə plən birinin ədavətini aparrırsan?”

-Bir insanı son dəfə necə görürsənsə, xatirəndə də elə qalır. Atanızla son görüşünüzdən danışmağınızı istərdim.

"Heç kim inanmırdı ki, o vəfat edəcək. Mənə elə gəlirdi atam 80 yaşına kimi yaşayar. Bunu ilk dəfə sizə açıqlayacağam, indiyə kimi heç kim bilmir. Son günlər atamın ayaqları tutulmuşdu. Bunu qəbullana bilmirdi. Ona dedim ki, sənə araba alacağam, rahat özünü idarə edərsən. Mənə dedi ki, alma, ehtiyac yoxdur hər şey əla olacaq. Həmin günün axşamı komaya düşdü, iki gün sonra da vəfat etdi. Bir o şeyə şükür eirəm ki,. əziyyət çəkmədi və tamaşaçı onu belə görmədi. Olur ki, kimsə dövlətdən yardım istəyir. Bir ona şadam ki, yaddaşlarda başqa cürə qaldı”.

-Əminəm ki, qəlbinizdə atanıza demək istədiyiniz çox sözünüz qalıb. Bir anlıq onu görmək imkanınız olsa, nə deyərdiniz?

"Siz məni indi ağladacaqsınız (gözləri dolur, danışa bilmir). Ona heç nə demərəm, sadəcə möhkəm sarılaram. Çox darıxmışam onun üçün. Bu gün nə anam, nə qardaşım, bacım nə də öz ailəm, heç kəs uğurlarıma onun kimi təmənnasız sevinmir. O mənim hər uğurumu öz uğuru kimi bilirdi. Dəfələrlə artıq həyatda olmadığını unudub, nömrəsinə zəng edib nəsə soruşmaq istəmişəm. Ou görsəm soruşardım ki. Səndən sonra etdiyim nədən narazısan? De onları qaydasına salım. Onun sağlığında məndən gözləntiləri var idi ki, onlar indi baş verir. Bu da artıq mənimçün mənasız gəlir. Bir dəf belə yuxuma gəlməyib, hədsiz dərəcədə darıxmışam (gözləri dolur)”.

-Ölkə xaricində çəkiləcək böyük bir layihəni təsdiqlənmisiz. Bu haqda ilkin məlumat verə bilərsiniz? 

"Moskva və Türkiyənin ortaq layihəsidir. Bir çox şəhərlərdə çəkilişləri olacaq. Orda əsas rolların birinə çəkilməyə”.

"Bu gün çox şadam ki, oğlum məktəbə gedəndə ona heç kim demir ki, "sənin atan gecə tiktokda təlxəklik edirdi”.

-Sosial şəbəkələrlə aranız necədir?

"Mənə hərdən deyirlər ki, niyə Tik-Tokda yoxsan? Nə üçün olmalıyam? Yaradıcı adam, aktyor olan sima, bütün günü canlı açıb uzun müddət tanımadığı insanlarla ünsiyyətdə olursa, bu artıq onuu heç nə edir. Çünki əlçatan olursan. Mənim üçün sosial şəbəkənin anlamı instagramda hansısa işimlə bağlı bir şeyin anonsunu etməkdir. Tiktokerlərin 30 sutkalıq həbsi ilə də heçnə həll olmayacaq.Burda qürur duyulası bir şey yoxdur. Tiktokda 4 dəqiqəyə 7000 manat qaznmışam deyən aktrisa görəsən hansı hərəkətinə görə qazanıb? Axırda gedib həbsə düşəcək qədər adiləşirsiniszsə o pul mənə lazım deyil. İnanın səmimiyyətimə ki, maddiyatdan önəmli şeylər var həyatda. Bu gün çox şadam ki, oğlum məktəbə gedəndə ona heç kim demir ki, "sənin atan gecə tiktokda təlxəklik edirdi”. Amma inan ki, elə aktyorlar var ki, bu sözü onlara deyirər. Bax mən də buna görə tiktoka girmirəm”.

-Elə rol var ki, deyirsiz ona əsla çəkilmərəm? Və ya yüksək qonorar qarşılığında çəkilərəm...

"Bir dəfə olub. Mənə rol təklifi gəldi. Gördüm ki, Azərbaycan kişisinə yaraşmayan pis səhnələri var idi. Mən "gey” rolunu da oynaməşam, amma bu mənə yaraşmaz. Rejissora dedim çəxart, razılaşmadı. Yaxşı ki, çəkilmədim. Başqası çəkildi, o da tutmadı. Amma "Zəhər tuluğu” əksinə oldu. Ssenarini oxudum və heç bir pul danışmadan getdim çəkildim. Çünki çox gözəl iş idi. Orda gəlir önəmli olmadı. Təqdimatında atam yanımda oturmuşdu, mənə dedi halaldır sənə”.

-Sizcə, 30 il sonra oğlunuz da sizin haqqınızda, siz atanız haqqında danışdığınız kimi fəxrlə danışacaq?

"Düşünürəm ki, hə. Çünki onu atamdan gördüyüm tərbiyyə ilə böyütmüşəm. Eynən özüm kimidir. Oğlan uşağını sıxmaq olmaz. Diqqət eləsəz görərsiniz ki, bir çox tanınmışların övladları pis yola düşür. Teatrdda böydüyüm üçün o uşaqların gəncliyini də görmüşəm və bu gün onlar ya məhv olub, ya da həyatta yoxdurlar. Çünki hamısı başlıbaşına buraxmaq ya da çox sıxmaqdandır. Ata düzgün ddavranmalıdır övladla, sərbəstlik verməlidir”.

-Bu gün aktyor sənətinə maraq var, yeni nəsil yetişir. Onlara nə deemək istərdiniz?

"İlk olaraq özlərindən çox bu peşəni sevsinlər. Tanınmaq üçün aktyor olmasınlar. Onda peşəkar və diliuzun olacaqlar.”

-Maraqlı və məhsuldar müsahibə üçün sizə təşəkkür edirəm.

"Mən təşəkkür edirəm. İlk dəfə idi ki, bu qədər səmimi müsahibəm alındı. Təşəkkür edirəm ki, sözümü kəsmədən fikirlərimi izah etməyə şərait yaratdınız”.

 

Aysel Hacızadə

Fərid Faiqoğlu

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər