"Şəxsən mən Rüfət Quliyevə görə çox xəcalət çəkirəm"

"Şəxsən mən Rüfət Quliyevə görə çox xəcalət çəkirəm"
SOSİAL
12:51 12.03.2016
4392

Üzeyir Cəfərov, hərbi ekspert,ehtiyyatda olan polkovnik-leytenantBir qədər əvvəl 73 saylı Lənkəran şəhər seçki dairəsinin deputatı Rüfət Quliyevin 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən Sərxan Tahirzadənin onun barəsində səsləndirdiyi fikirlərə münasibəti ilə tanış oldum.Adı millət vəkili olan şəxs hesab edirəm ki, danışmasaydı daha yaxşı olardı. Elə onun özündən nə qədər razı və təkəbbürlü olması o faktdan görünür ki, Vətən uğrunda sağlamlığını və səhhətini itirən eloğlusunun problemləri ilə maraqlanmağı ona bütün Azərbaycanın hörmətini qazandığı və Tovuz rayonundan əsl Millət Vəkili seçilən Qənirə Paşayevanın xahişi ilə onu qəbul etdiyini özü etiraf edir.

Şəxsən mən Rüfət Quliyevə görə çox xəcalət çəkirəm. Onun necə və hansı yollarla 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat təyinatını kim bilməsə də, şəxsən mənim gözlərim qarşısında baş verib. Sabiq müdafiə naziri Səfər Əbiyev və sabiq birləşmə komandiri general-mayor Mahmud Həmzəyevə, həmçinin Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsinin o vaxtkı komandanlığına bir neçə dəst kompüter bağışlamaqla özünə "səs alan” Rüfət Quliyev unutmamalıdır ki, onun necə millət vəkili olmasını Lənkəranda bilməyən yoxdur. Mən tam da olmasa, Sərxan Tahirzadəyə daha çox inanıram, nəinki özündən razı olan Rüfət Quliyevə. Bu həmin adamdır ki, 2005-ci ildə 73 saylı Lənkəran şəhər seçki dairəsindən mənim də Milli Məclisə deputatlığa namizəd olduğum zaman bahalı xarici maşınla hamıdan gec gələrək 5 dəqiqə əsgər və zabitlər qarşısında çıxış etdikdən sonra maşına oturub ərazidən uzaqlaşmışdı. Deputatlığa namizəd kimi biz 5-6 namizəd o vaxt və indinin özündə də Azərbaycanda siqaret biznesinin başında duran bu şəxsin nədən özündən bu qədər razı olmasının səbəbini seçkilərdən dərhal sonra anladıq. Sən demə, ölkənin fövqəladə güc nazirlərinin qanadı altında olan Rüfət Quliyev seçkidən çox-çox əvvəl "seçkinin” nəticələrini də özü üçün yəqin etmişdi. Təsəvvür edin ki, mənə - 2004-cü ilin aprel ayına kimi Müdafiə Nazirliyinin zabiti olmuş şəxsə öz zabit dostlarım və şəxsi heyət 3 faiz, Rüfət Quliyevə isə 90 faizdən çox "səs vermişdi”...Qayıdıram Rüfət Quliyevin Vətən üçün canını və sağlamlığını qoyan əsgərlə bağlı danışdığı biabırçılığa. Düz-əməlli Azərbaycan Silahlı Qüvvələri üçün bir iş görməyən şəxs kasıb bir əsgərin dükanı olmasından, anasının işlə təmin olunmasından, onlara hansısa 5-3 manat yardımdan kinayə ilə danışır. Ayıbdır, vallah, ayıbdır!! Sizin 1 həftəyə ölkə üzrə təkcə siqaret satışından əldə etdiyiniz gəlirin miqdarı bu kasıb ailənin bəlkə də ömrü boyu qazana bilmədiyi maliyyə vəsaiti qədərdir. 11 ilə dövlətdən millət vəkili üçün rəsmən ödənilən, həmçinin saysız-hesabsız xarici ölkələrə getdiyiniz ezamiyyət haqlarınızın qiyməti az qala 1 milyona çatır. Heç olmasa səssiz-küysüz əlil əsgərin problemləri ilə məşğul olun. Siz elə də danışırsınız ki, guya dairədə olan 35 min 630-nəfərin hamısının qayğı və problemləri ilə məşğulsunuz. Təkcə Lənkəran şəhərinin mərkəzi küçələrinin və prospektlərinin, məktəb və digər sosial təyinatlı müəssisə və obyektlərinin vəziyyətinə baxmaq kifayət edir ki, sizin necə "qayğıkeş” "diqqətcil” millət vəkili olmağınız hamıya aydın olsun.Şəxsən mənim fikrim ondan ibarətdir ki, həm siz, həm də o rayondan az qala "əbədi” deputat Hadı Rəcəbli Lənkəranın qayğı və problemləri ilə heç vaxt yaxından məşğul olmamısınız və mən şəxsən bir dəfə də olsun Sizin dilinizdən mənsub olduğunuz dairə üzrə hansısa problemlərin həlli üçün məsələ qaldırmağınızı nə eşitməmişəm, nə də görməmişəm.Qarabağ savaşı zamanı minlərlə Lənkəranlı qazi və müharibə iştrakçısı olduqları halda Siz özünüzə bu missiyanı sığışdırmadınız. Mən Vətən fədaisi və qəhrəman əsgərimiz Sərxan Tahirzadəni sizdən daha çox gərəkli Azərbaycan Oğlu sayıram. Ona görə də, bundan sonra bu cür mərd və layiqli, ləyaqətli oğullar haqqında hardasa danışanda və ya fikir söyləyəndə son dərəcə diqqətli və ehtiyatlı olun. Sizin bu gün sahibi olduğunuz varidatın, mal-mülkün əldə olunmasında və qorunmasında Sərxan Tahirzadə kimi eloğullarım öz canlarını belə əsirgəməyiblər. Etdiyiniz hansısa yaxşılıqları da bundan sonra yarıcan olan əsgərin "başına qaxınc” edib onu daha da çox sarsıtmayın, incitməyin. Şəxsən mən imkanlı Lənkəranlıların bu cəsur Vətən övladına lazım olan hər cür maddi və mənəvi dəstək göstərəcəyinə əminəm. Allah şərəfli Qazimiz Sərxan Tahirzadə və onun onun kimi igid oğullara bundan sonrakı ömür payında kömək olsun!! Onları heç vaxt kimlərəsə möhtac etməsin. Xüsusən də o insanlara ki, kim xırda bir sədəqə payı kimi verdikləri yardımı az qala milyonlar kimi təqdim etməyə belə utanmırlar. /olke.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir