Seymur Məmmədov: ''Planşetlər üçün 'Azərbaycanın tarixi abidələri' adlı əlavə hazırlamışıq' - MÜSAHİBƏ

Seymur Məmmədov:
İQTİSADİYYAT
17:20 30.09.2013
2452
Azərbaycanın IT nəhəngi “Simbrella” şirkəti ölkədə ilklərə imza atmaqda davam edir. Dünyanın 12 ölkəsində fəaliyyət göstərən bu Azərbaycan şirkəti mobil texnologiyalar və IT bazarında bir sıra yeniliklərin tətbiqində iddialıdır. “Simbrella”nın direktoru Seymur Məmmədov AZXEBER.COM-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- “Simbrella”nı qısaca necə təqdim edərdiniz?
- Şirkətimiz 14 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və “Mobile VAS” bazarında özünəməxsus yerə malikdir. 2005-ci ildə isə “Simbrella” “Azercell”lə birlikdə “SimKredit” layihəsinə başladı və bu sahədə yeni mərhələyə qədəm qoydu. Şirkətimizin bu layihəsi böyük marağa səbəb oldu və qonşu Gürcüstanın mobil operatorlarından biri olan “Geocell” də bu layihə ilə maraqlanmağa başladı. Bununla da bizim daha bir uğurlu layihəmiz həyata keçdi və biz bu şirkətlə də əməkdaşlığa başladıq. Ümumilikdə isə şirkətimiz hazırda 12 ölkədə 15 beynəlxalq operatorla əməkdaşlıq edir.
- Bu il Azərbaycanda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilidir. Sizcə, İKT sektoru ölkəmizdə necə inkişaf edir?
- Bu gün İKT bizim həyatımızın hər addımında, hər anında var. Bu bir gerçəklikdir ki, Azərbaycanda İKT-nin inkişafı üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Ancaq bu gün İKT sektorunda olan ən vacib problem kadr potensialının zəif olmasıdır. Bu sahənin qeyri-neft sektorundan sonra birinci ən gəlirli sahə olduğunu nəzərə alsaq, o zaman bu sahədə peşəkar kadrların yetişdirilməsi çox böyük önəm daşıyır. Hazırda bizim çox ciddi kadr azlığımız var. Ancaq bununla bağlı işlər görülür. Bildiyiniz kimi, bu yaxınlarda İnformasiya Texnologiyaları Akademiyası açılıb. Bu, çox təqdirəlayiq hadisədir. Nəzərə alsaq ki, burada təhsil alan gənclər 3-5 il sonra məzun olacaqlar və onlar İKT sektorunda peşəkar fəaliyyətə başlayacaqlar, o zaman bu səhənin inkişaf tempi sürətlə artacaq.
- Azərbaycanda İKT sektorunda görülən ən böyük işlərdən biri də “e-hökumət” layihəsinin hazırlanması və işə salınmasıdır. Ümumiyyətlə, siz bu layihəni necə qiymətləndirirsiniz?
- “E-hökumət” çox böyük bir sistemdir və artıq onun bir sıra hissələri Azərbaycanda işləyir. Bu gün biz xüsusilə Vergilər Nazirliyinin “e-hökumət” layihəsinə keçidini misal kimi göstərə bilərik. Sözügedən qurumda vergi ödəyiciləri Nazirliyin saytına daxil olaraq rüblük bəyannamələri təqdim edir və Nazirliyə getmədən bir sıra vacib işlərini həll edə bilir. Eyni zamanda Dövlət Yol Polisinə olan cərimələrin internet vasitəsi ilə ödənilməsi də buna misal ola bilər. “e-hökumət” layihəsi Azərbaycanda inkişaf edir və edəcək. İnanırıq ki, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlaması peşəkar kadr bazasını genişləndirəcək. Çünki sistemi yaratmaq çətindir. Ancaq o sistemi işlədəcək kadrların olmaması ondan da çətin vəziyyət yaradır. Məsələn, düşünün, hansısa bir traktor var, amma o traktoru sürə bilən heç kəs yoxdursa, o zaman həmin traktor kənarda qalacaq və dəmir parçasından heç bir fərqi olmayacaq.
- Sizcə, İKT sektorunda kadr potensialının azlığı ilə yanaşı daha hansı problemlər var?
- Bu gün bizim şirkətlərə qarşı sanki bir inamsızlıq mühiti formalaşıb. Belə ki, istənilən hansısa bir avadanlığın gətirilməsində və ya onun işlədilməsində xüsusilə xarici şirkətlərlə iş birlikləri qurulur. Ancaq həmin şirkətlərin mütəxəssisləri buraya müqavilə ilə bir neçə aylıq gəlib, öz işlərini görüb gedirlər. Onlar üçün yerli kadrlara hansısa bir avadanlıqla bağlı məsləhətlər vermək, bir sözlə, onları yetişdirmək elə də vacib deyil. Ancaq yerli şirkətlər öz layihələrimdə daha çox öndə olsa, o zaman bu həmin şirkətlərin inkişafında stimul doğuracaq. Ancaq bizim şirkət yerli bazarda da öz sözünü layiqincə deyir. Məsələn, mobil telefonların IMEI kodlarının vahid bazasının yaradılması və onların qeydiyyata alınması ilə bağlı hazırlanan layihənin icrasını Ranitə və İnformasiya Texnologiyaları Nazirliyi bizə həvalə etdi. Və bu gün bizim şirkət bu işi çox böyük peşəkarlıqla yerinə yetirir.
– “Simbrella”nın hansı yeni ideyaları var?
– Mobil əlavələrlə bağlı layihəmiz var. Biz “İ-Pad” markalı planşetlər üçün “Azərbaycanın tarixi abidələri” adlı əlavə hazırlamışıq. İstifadəçilər ölkəmizin 50-dən çox abidəsi haqqında Azərbaycan, rus və ingilis dillərində məlumat əldə etmək, şəkillərini görmək imkanı qazanıb. Bunu tədricən “İ-Phone”, Android və Windows əməliyyat sistemləri üçün də etməyi planlaşdırırıq. Mobil əlavələr sadəcə “Apple store”da yerləşdirilib və dünyanın istənilən nöqtəsində tarixi abidələrimizə baxmaq mümkündür. Bu, kommersiya layihəsi deyil və özümüz bu işə sponsorluq edirik. Gələcəkdə Qarabağ atları, xalçalarımız, Azərbaycan sikkələri barədə də belə mobil əlavələr ola bilər.
Əfsələddin Ağalarov,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU