"Şeytan çıxaracağam" deyib, 13 yaşlı şagirdini zorladı

MARAQLI
17:20 28.10.2021
1410
eytan çıxaracam” deyərək şagirdini cinsi istismara məruz qoyan müəllim həbs edilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Tuzlada 13 yaşlı şagirdinə dua oxuyaraq "şeytan çıxaracağam” deyərək cinsi istismara məruz qaldığı səbəbilə həbs edilən müəllim B.A.E. 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, 9-cu sinif şagirdi E.M.U ingilis dili müəllimi B.A.E-nin evinə gedib. Oğlana 50 lirə pul vermək istədiyini deyən B.A.E "Bu pulu sənə keşiş göndərib" deyib. Xristianlıqla bağlı hekayətlər danışan, dua edib cin çıxaracağını deyən B.A.E gözlərini qara parça ilə bağladığı oğlandan soyunmasını istəyib.

13 yaşlı E.M.U yaşadığı dəhşətli hadisəni anasına "Dünən gecə çox pis bir şey oldu. B.A.E mənə çox pis şeylər etdi" deyərək ağlamağa başlayıb.
 
Anadolu Ağır Cəza Məhkəməsində keçirilən iclasda çıxış edən Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzalandırılmasını istəyib. Təqsirləndirilən şəxsin vəkili "Müvəkkilimin cinayəti törətməsinə dair heç bir sübut yoxdur” deyərək, müttəhimin bəraət qazanmasını və azadlığa buraxılmasını istəyib.

Son sözləri soruşulan təqsirləndirilən şəxs "Mən əlbəttə ki, belə bir cinayət törətməmişəm. Mən belə bir hərəkət edəcək biri deyiləm. Bəraət hökmünün çıxarılmasını və azadlığa buraxılmağımı istəyirəm" deyib.

Məhkəmə təqsirləndirilən B.A.E.-ni 15 yaşına çatmamış zərərçəkmişə qarşı törətdiyi "uşağa qarşı cinsi zorakılıq” cinayətinə görə 16 il müddətinə azadlıqdan məhrum edib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR