Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı

Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı
SOSİAL
21:34 30.08.2026
384
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudovun səhhətində yenidən problem yaranıb.

AZXEBER.COM xəbər verir ki, musavat.com-a danışan sənətkar eyni anda bir neçə ağır xəstəliklə mübarizə apardığını bildirib:

"Faktiki olaraq 4 xəstəliklə mübarizə aparıram. Birincisi qocalıqla bağlı problemlərdir. İkincisi prostat idi, şükür ki, bu gün yoxladılar, dedilər normaldır. Amma parkinson xəstəliyinin başlanğıcı var. Eyni zamanda ənənəvi olaraq bronxlarımdan, mədə-bağırsağımdan əziyyət çəkirəm. Bu xəstəliklər məni çox narahat edir. Özü də bir-birinə əks olan dərmanlar içirəm, onlar məni daha da zəiflədir. Deyə bilərəm ki, artıq Əzrayıl müəllimlə yoldaşlıq edirəm".

Xalq artisti müalicələrinin Bakıda davam etdiyini, sentyabr ayında yenidən müayinədən keçəcəyini vurğulayıb:

"İndi həkimlərimin hamısı məzuniyyətdədir. Sentyabrın əvvəlində gələcəklər. Ömür vəfa etsə, həkimlər konsilium edəcəklər. Təpədən-dırnağa kimi bütün analizləri - KT, MRT və digər müayinələri verəcəyəm ki, görək nə sağalıb, nə qalıb, hansı yeni xəstəliklər əlavə olunub".
OXŞAR XƏBƏRLƏR