Qafqaz Müsəlmanları İdarəsinin sədri ABŞ prezidentinin məsçidə getdiyini görmədiyini deyir
“Obama kilsəyə getdiyi kimi, məsçid və sinaqoqlara da baş çəkməlidir. Mən onun məsçidə getdiyini görməmişəm”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Amerikanın Kaliforniya senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri, senator Cozef Smitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. O, bütün dini məbədlərə eyni münasibət bəsləməyin vacibliyini vurğulayaraq Azərbaycanda vəziyyətin bu cür olduğunu, yüksək dini tolerantlığın mövcudluğunu diqqətə çatdırıb. Senator da öz növbəsində şeyxin bu mesajını lazımi ünvana çatdıracağına söz verib. Allahşükür Paşazadə əvvəllər Kaliforniyada səfərdə olduğunu xatırladaraq, yenidən ora səfər etmək üçün səfirin dəvətini gözlədiyini bildirib.