Şimali Kiprdə 3 azərbaycanlının da saxlanıldığı gəmi qəzası ilə bağlı ittiham ağırlaşdırılıb

Şimali Kiprdə 3 azərbaycanlının da saxlanıldığı gəmi qəzası ilə bağlı ittiham ağırlaşdırılıb
DÜNYA
23:50 20.11.2026
90
Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) avqustun 30-da baş verən "Filo Jet” gəmi qəzası ilə bağlı Girne Qəza Məhkəməsində keçirilən prosesdə 9 təqsirləndirilən şəxs 13-cü dəfə hakim qarşısına çıxıb.

Məhkəmədə şirkət direktoru Ali Özdülger, birinci kapitan Mustafa Öz, ikinci kapitan Merve Nur Seraslan, baş mexanik Zeki Öz, ikinci mexanik Metin Gül, həmçinin ekipaj üzvləri Sertan Erol, Azərbaycan vətəndaşları Qədir Quliyev, Valeh Hümmətov və Rəşad İbrahimov iştirak ediblər.

Əvvəlcə ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə araşdırılan iş üzrə ittiham ağırlaşdırılıb.

Yeni ekspertiza rəyləri və əldə edilən sübutlar əsasında 9 nəfər barəsində qəsdən adam öldürmə ittihamı ilə istintaq aparılır.

Məlumata görə, gəminin batmasına səbəb olan əsas amillərdən biri təmir işləri ilə bağlı nöqsanlar olub.

Ekspertiza nəticəsində təmir zamanı uyğun olmayan materiallardan istifadə edildiyi və işlərin lazımi şəraitdə aparılmadığı müəyyən edilib.

İstintaq zamanı gəminin su keçirməyən qapılarının açıq olduğu, təmir işləri ilə bağlı elektron poçt yazışmalarının isə əldə edilməsində çətinlik yarandığı bildirilib.

Valeh Hümmətov məhkəməyə verdiyi ifadəsində hadisə zamanı gəmidəki bütün qapıların açıq olduğunu bildirib.

Rəşad İbrahimovun da gəmidəki fəaliyyəti və hadisə zamanı üzərinə düşən vəzifələri ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində 27 nəfər həlak olub, 1 nəfərin meyiti isə tapılmayıb.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Ukrayna və Rusiyanın bu tarixə qədər sülh sazişi imzalamasını istəyir
00:18 21.11.2026
ABŞ Ukrayna və Rusiyanın bu tarixə qədər sülh sazişi imzalamasını istəyir
Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı
00:13 21.11.2026
Evə başqa qadını gətirən atasını döyərək qabırğalarını sındırdı
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
00:05 21.11.2026
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
00:00 21.11.2026
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi
23:56 20.11.2026
Bakıda mağazadan oğurluğa cəhd edən qadınların kimliyi müəyyənləşdi
Şimali Kiprdə 3 azərbaycanlının da saxlanıldığı gəmi qəzası ilə bağlı ittiham ağırlaşdırılıb
23:50 20.11.2026
Şimali Kiprdə 3 azərbaycanlının da saxlanıldığı gəmi qəzası ilə bağlı ittiham ağırlaşdırılıb
Ronaldo 986-cı qolunu vurdu, komandası məğlub oldu
23:41 20.11.2026
Ronaldo 986-cı qolunu vurdu, komandası məğlub oldu
Tanınmış həkim həbs olundu
23:29 20.11.2026
Tanınmış həkim həbs olundu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
23:27 20.11.2026
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi
23:09 20.11.2026
BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
23:01 20.11.2026
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
22:52 20.11.2026
Azərbaycan və İndoneziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib
Üç məktəblini maşın vurdu - YENİLƏNİB
22:36 20.11.2026
Üç məktəblini maşın vurdu - YENİLƏNİB
Sankt-Peterburqda milyonluq cinayət: Həbib Hüseynov həbs edildi
22:29 20.11.2026
Sankt-Peterburqda milyonluq cinayət: Həbib Hüseynov həbs edildi
Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb
22:18 20.11.2026
Tramp ABŞ, Rusiya və Çin liderlərinin görüşünü "üçlük sammiti" adlandırıb
Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
22:07 20.11.2026
Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir