Şimali Kiprdə 'Azərbaycan – keçmişdən gələcəyə' mövzusunda konfrans keçirildi

MARAQLI
12:45 30.12.2012
1560

Ayın 28-i Avropanın və Şimali Kiprin qabaqcıl universitetlərindən biri olanDoğu Akdeniz Universitetində , Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və adıçəkilən universitetin təşkilatçılığı ilə “Azərbaycan – keçmişdən gələcəyə” mövzusunda konfrans keçirildi.

AZXEBER.COM-un məlumatına görə, tədbirin giriş hissəsində çıxış edən universitetin rektoru professor Abdullah Öztopraq, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Şimali Kiprin elm, təhsil və idman naziri, Türkiyənin Şimali Kiprdəki səfiri, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azərbaycan tələbə təşkilatlarının nümayəndələri bu tədbirin keçirilməsinin əhəmiyyətindən, Azərbaycan və Şimali Kipr ictimaiyyətləri arasında dostluq əlaqələrinin möhkəmlənməsinin vacibliyindən danışdılar. Konfransın əsas hissəsində Milli Məclisin deputatı Aydın Mİrzəzadə, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli, Belçikada azərbaycan diasporunun sədri Bülənt Ercan, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov, Rusiyanın Şankt –Petrburq şəhərindəki Smolnı İnstitutunun rektoru Heydər İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının alimi Cahid İsmayıloğlu, Naxçıvan Müəllimlər İnstitutununun prorektoru Həsənalı Eyvazlı, AzərbaycanLı şair Aydın Xan mövzu üzrə məruzələrlə çıxış etdilər.

Məruzələrdə Dünya azərbaycanlıları həmrəyliyi gününün əhəmiyyəti, diaspor təşkilatlarının fəaliyyətində vətəndaşlıq və vətənpərvərliyin əhəmiyyəti, türk xalqlarının birliyinin dünya inkişafına töhvəsi barəsində danışıldı. Eyni zamanda Azərbaycan nümayəndələri auditoriyanı Azərbaycanın son illərdəki nailiyyətləri barədə geniş məlumatlandırdılar.

Üç saat çəkən tədbirdə Kiprdə fəaliyyət göstərən səkkiz universitetdə təhsil akan azərbaycanlı tələbələrin nümayəndələri, həmçinin xüsusi olaraq tədbirə gəlmiş Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, kiprli müəllim və tələbələr iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR