Sınaq imtahanında 696 bal toplandı

Sınaq imtahanında 696 bal toplandı
Bütün Xəbərlər
17:10 24.04.2014
1898
TQDK sınaq imtahanının nəticələrini açıqlayıb
Aprelin 20-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ANS PRESS-ə verilən məlumata görə, imtahanının nəticələrini aprelin 24-də saat 12:00-dən etibarən elan edilib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməmişdir. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticəsi ləğv edilib.
İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.
OXŞAR XƏBƏRLƏR