"Şirvan kanalı Hacıqabul gölünün xilaskarı olacaq"

"Şirvan kanalı Hacıqabul gölünün xilaskarı olacaq"
SİYASƏT
18:27 17.04.2024
666
Son illər ölkəmizdə uğurla bir sıra içməli su və suvarma suyu layihələri də həyata keçirilib. Qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə bu istiqamətdə aparılan işlər xüsusi önəm daşıyır və təsadüfi deyil ki, Prezident İlham Əliyev həmin sahənin inkişafını prioritetlərdən biri kimi diqqət mərkəzində saxlayır.
Sovet dövründən qalan köhnə infrastrukturun əsaslı təmir edilməsi, bir sıra böyük su anbarlarının tikilməsi buna aydın misaldır. Məsələn, Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər Bakının içməli su ilə təmin edilməsində də mühüm rol oynayır. Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi isə Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratdı. 

Daha sonra Şəmkirçay su anbarı inşa edildi. Beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verildi. Bütün bunlar özünü kənd təsərrüfatında məhsuldarlığın artmasında, ölkənin ərzaq təhlükəsizliyində göstərir.
Dövlətimizin başçısı hələ bir neçə il əvvəl demişdir: "Meliorativ tədbirlər hər bir ölkə üçün xüsusi əhəmiyyət daşıyır, xüsusilə su ehtiyatları o qədər də böyük həcmdə olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, su anbarlarının, su kanallarının tikintisi infrastruktur layihələr arasında həmişə prioritet yerdə olub və bundan sonra da belə olacaq. Bütün bu işlərlə bərabər biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır. Amma bütövlükdə son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Biz son illər ərzində vaxtilə suvarılmayan torpaqlara su gətirmişik".
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. 
Ölkəmiz böyük investisiya imkanlarına malikdir. Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzur investisiyalar məkanına çevriləcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev daim bu hədəfi açıqlayır ki, görülən bütün bu işlər bir məqsədə xidmət edir – Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Bu məqam da önə çəkilir ki, əgər sovet vaxtına nəzər salsaq görərik ki, o vaxt bölgü aparılırdı. Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Son illərdə əksər kənd təsərrüfatı məhsullarının istehsal həcminin artım tempi ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib. Ərzaq təhlükəsizliyi hər bir ölkə üçün enerji təhlükəsizliyi qədər önəmlidir. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsinə böyük kömək göstərəcək.



Naftalan şəhər sakini Kəmalə Hüseynova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Səsini AI-dan qorumaq üçün bu addımı atdı
08:36 07.10.2026
Səsini AI-dan qorumaq üçün bu addımı atdı