Şirvanda dəhşət: 2 uşaq anası özünü yandırdı

Şirvanda dəhşət: 2 uşaq anası özünü yandırdı
Bütün Xəbərlər
10:08 26.11.2011
1518
Şirvan şəhərində dəhşətli intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Məmmədova Gülnar Saleh qızı bir neçə gün əvvəl yaşadığı mənzilin həyətində üzərinə benzin tökərək yandırıb. 

Ağır yanıq xəsarətləri almış 25 yaşlı G.Məmmədova Bakıda yerləşən 5 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ailəli, 2 azyaşlı uşaq anası olan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR