Şirvanlı namizədin seçicilərlə izdihamlı görüşü baş tutub - FOTO - VİDEO

Seçki2020
17:00 28.01.2020
3454
46 saylı Şirvan Seçki Dairəsindən namizəd Zabit Əlizamin oğlu Gülüş könüllülərlə birlikdə əvvəlcə ulu öndər Heydər Əliyevin Şirvan şəhərindəki heykəlini ziyarət edib, önünə əklil qoyub.

Sonra namizəd təbliğat və təşviqat kampaniyası çərçivəsində "Şirvan şəhər Mədəniyyət evi”ndə seçicilərlə görüşüb. O zala dahi Üzeyir Hacıbəylinin "Koroğlu” uvertürasının sədaları altında və könüllülərin müşaəti ilə daxil olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görüşdə iştirak edən ziyalılar, Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun oğlu Ağazər Şükürov, Əlifaiz Əliyev, Nəbi Quliyev, daha əvvəl namizdəliyini irəli sürən sonradan geri götürən şəhər sakini Həsən Həsənov və digərləri söz alaraq çıxış ediblər.

Deputatlığa namizəd Zabit Gülüş isə öz çıxışında ölkə rəhbərliyinin həyata keçirtdiyi böyük islahatlardan, aparılan yenidən qurma işlərindən və xüsusilə son zamanlar gənc kadrlara göstərilən etimaddan danışıb. Həmçinin Şirvanda böyüyüb boya-başa çatan biri kimi şəhər üçün aktual məsələlər və əhalinin qayğılarının ona tanış olduğunu bildirib. Öz seçki platformasında nəzərdə tutulan layihələrdən də söz açan namizəd eyni zamanda mədəniyyət evinə toplaşan sakinlərlə səmimi söhbət qurub.

İzdihamla keçən görüşdə vətəndaşlar müxtəlif suallar və arzularını da səsləndiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:40 24.10.2020

Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

23:12 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

22:42 24.10.2020

Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb

22:39 24.10.2020

Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO

22:29 24.10.2020

Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi

21:55 24.10.2020

Ermənilər yeniyetmələri də müharibəyə cəlb edirlər - VİDEO

21:33 24.10.2020

Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO

21:14 24.10.2020

Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib

21:09 24.10.2020

Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”

20:52 24.10.2020

Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb

20:35 24.10.2020

"El-Klassiko": “Real Madrid” “Barselona”ya qalib gəldi

20:27 24.10.2020

"Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur"

20:01 24.10.2020

MN: Döyüş sahəsində aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır

19:49 24.10.2020

Düşmənin 3 tankı, 2 sığınacağı və dayaq məntəqələri məhv edildi

18:54 24.10.2020

Düşmənin hücum cəhdinin qarşısı alınıb - Əsir götürülənlər var

18:46 24.10.2020

Rusiya XİN: Gəncənin atəşə tutulması zamanı həlak olan Mayakov dəfn edilib