Siyasət çərpələngləri

Siyasət çərpələngləri
Bütün Xəbərlər
14:00 12.02.2014
2012

Elşən MusayevAzərbaycan siyasətində hərəki istiqamət hər zaman iki qütb üzrə yön alıb: biri təxminən qatara bənzəyib, bəlli bir ünvan sahibi olub, mindirdiklərini mindirib, düşürdüklərini də düşürüb.

Qatarı gedənlər isə onun ardınca baxmaqdan savayı çarə yiyəsi olmayıblar...Digər bir tərəfdə isə karusel manyakları var. Və ya, yellənmək onların hobbisidir. Eyni zamanda çərpələng kimi fırlanmaq. Aşağı düşəndə yuxarının sözünü verirlər, yuxarı qalxanda aşağının. Düzdür, 92-ci ildə həmin karuselin “motor”u bunlar elə yuxarıdaykən bir il müddətinə xarab oldu və göylə getmə imkanı qazanmasalar da göydə qalmaq imkanı qazandılar. Amma həmin göyün havası bunları elə vurdu ki, hələ də “9B” sindromu ilə baş-başa qalmağa məhkumdurlar: Mənasız söhbətlər, ritorikalar və ağlasığmaz manevrlər...Təbii, söhbət yenə də radikal müxalifətimizdən gedir. Yəni, eynən karusel kimi fırlanan və yerində sayan insanlardan...***Hətta deyim ki, bunlar artıq fırlanmağa və fırlatmağa adətkar olublar. Sayələrində sözün biri beş, vədin biri isə üç qəpiyə enib. Düz 20 ildir yanı-başlarında gəzən insanları kamikadze ruhunda böyütməyə davam edirlər, onları utopiyaların və nağılların ən dərin qatlarına qədər endirə biliblər...Amma belə bir məqamda günah inandırandan daha çox inanandadır, deyilmi? Və ya dediyim kimi olmasaydı əgər - bu ölkənin müxalifətində satmadığı adam qalmayan Əli Kərimli bu gün ətrafındakılara pafoslu, boğazdan yuxarı səslənişlə demokratiya dərsi keçməzdi. Keçə bilməzdi! Ya da İsa Qəmbərin özü: Heç ayrı məqamları demirəm, elə ancaq qurultay vədi ilə düz beş ildir partiyadaşlarını sözün əsl mənasında barmağına dolayıb. Və nə maraqlıdır ki, onlar da dolanmaqdan zövq alır. Məhz zövq alır..! Belə olan məqamda isə çox məşhur bir aforizmi xatırlamadan keçmək mümkün deyil:“Əsarətin elə bir mərhələsi var ki, həmin mərhələdə qullar əllərindəki qandalları belə sevməyə başlayırlar”.“Müsavat” və müsavatçılar bax onlardandır...***Yenə keçirir. İsa Qəmbər yenə nə isə keçirir. Sözmü keçirir, vaxtmı keçirir, ya da insanların beynindən öz fantastik illüziyalarınımı keçirir - məlum deyil. Amma ad belədir - İsa Qəmbər qurultay keçirir. Təbii, öz aləmində... Və ya bəzi qorxaq və yarıtmaz kişilər 50 qram araq “vuran”dan sonra evdə köməksiz övladları qarşısında qəhrəmanlıq obrazına girdikləri kimi eynən İsa Qəmbər də öz uğursuzluqlarını kompensasiya eləmək üçün zavallı tərəfdaşları qarşısında təkəbbür havasına girir, “özünü təsdiq” havasına girir, bax bu cür mənasız tədbirlərin, dəxlisiz qurultayların havasına girir...Elə deyim ki, bütün suallar da burdan doğur. Hətta bəzən məqamına varanda hansısa sualdan belə sual doğur. Fəqət bu dəfə öz timsallarında. Məsələn, “Azadlıq” qəzetinin baş, eyni zamanda qaçqın redaktoru Qənimət Zahidin öz cəbhələrinə ünvanlanmış olduğu sual kimi... Deyim ki, hətta eyni adlı mövzu ilə bağlı Qənimət bəy köşə də yazıb. Ritorik başlıqsa belədir: “Müsavat və AXCP arasında bloklar niyə heç vaxt alınmayıb?”Siz bu sualı bizəmi verirsiniz, bəy? Yoxsa yürütdüyünüz mənasız mükaliməyə, ritorikaya bizidəmi qoşmaq, cəlb eləmək istəyirsiniz? Və ya xırdalamaq istədiyiniz söhbət təxminən “Həm ziyarət - həm ticarət” filmində Hacı İsmayılovun hamamda, güzgünün qarşısında sərgilədiyi solo-ifaya bənzəmirmi? Ən nəhayətində: Sizin nəyiniz alınıb ki blokunuz da alınsın? Sizin təməliniz, binanız varmı ki, blokunuz da olsun?Həmişə torba tikib ağız bağlayan özünüz olmusunuz da. Bəlkə bu da yalandır? Həm də bir-birinizə qarşı. Ta 20 ildən bəri. İlk öncə Elçibəyi, daha sonra dostlarınızı ən sonda isə bu milləti satdığınız gündən etibarən. Azərbaycan siyasətində addım-addım batdığınız gündən etibarən...Amma deyim ki, haqqında danışdığım blok anlayışına bəlkə də bir başqa prizmadan, kontekstdən baxsaq, adamlar elə işin ən gözəlini, ən mükəmməlini görüblər. Niyə? Çünki, bir insan və ələlxüsus da adını siyasətçi qoyan birisi hətta inad etsə belə bu qədər qısa müddət ərzində kilidlənə, qıfıllana, bloklana bilməz. O şəkildə ki, İsa Qəmbər və Əli Kərimli adında yarıtmaz siyasətçilər bunu bacarıb. Və ya bunlar bloka girməyiblər, bunlar bloka düşüblər. Açarları, şifrələri isə kimsədə yoxdur. Nə daxildə, nə də xaricdə...***Digər bir tərəfdə isə əməlli başlı şou açıblar. Bu dəfə Şahvələd Çobanoğlunun ifasında. Və yenə də “Azadlıq” qəzetində... Adam Əli Kərimliyə suallar ünvanlayıb. Hətta öz təbirlərincə desək: ağır suallar. Və təxminən “Siz bu həyata yenidən gəlsəydiniz kim olardınız” - formatına bənzər “dərin” və “mənalı” suallar...Sonra baxım ki, nə? – Müsahibə demə 92-də gedibmiş. Yəni Əli Kərimli dövlət katibi olan vaxt. İndi də çox güman bəyin nostalji və sentimental duyğuları yenidən fışqırıq vurduğu üçün, növbəti dəfə onları tirajlamaq qərarı alıb. Həm də səbəbsiz-filansız. Lüzumsuz-mənasız.Əlqərəz, sözüm müsahibədə deyil. Amma ordakı bölümlərin birində çox maraqlı bir məqam var. Elə nəzəri-diqqətimi də ən çox o cəlb elədi. Və ya Kərimli ona ünvanlanmış olan hansısa suala belə bir cavab verir: “Həyatım boyu elə addımlar atmamışam ki siyasət səbəbilə vicdanımı qandallamaq mümkün olsun”.Və. deyim ki, bu cavabı ilə Əli Kərimli bəlkə də bütün həyatı boyunca özü də bilmədən ilk dəfə həqiqətləri söyləyib: Gerçəkdən vicdanı qandallamaq mümkün deyil. Ələlxüsus da o yoxsa və heç bir zaman olmayıbsa...Yox əgər vicdan anlayışı bu insanlar tərəfindən sözün əsl mənasında xırdalanırsa, o zaman demək ki dünyanın axırına bir şey qalmayıb.P.S. Hətta bilmək olmaz, bəlkə elə dünənki zəlzələ də eyni adlı hikmətin nəticəsi idi...

OXŞAR XƏBƏRLƏR