Siyavuş Novruzov: “Mən İctimai Palata adlanan qurum tanımıram, amma...”

Siyavuş Novruzov: “Mən İctimai Palata adlanan qurum tanımıram, amma...”
Bütün Xəbərlər
11:32 21.06.2011
1389
İyunun 19-da edilən mitinq cəhdi onların növbəti iflası oldu. Həmin hadisələrdə iştirak edən təxminən 50 nəfərin də tərkibinə baxanda görürsən ki, burada nə partiya sədrləri, nə də onların müavinləri var idi. Burada sadəcə, öyrədilmiş bir qrup adam cəmləşmişdi ki, onlara da paytaxtda ictimai-siyasi sabitliyi pozmaq tapşırığı verilmişdi. Orada hansısa aksiya keçirməkdən söhbə

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın saytına deyib. S.Novruzov bildirib ki, artıq bütün cəmiyyət həmin dairələrin fikirlərini başa düşür. Onun fikrincə, belə iflasdan sonra təfəkkürü, tərbiyəsi, qabiliyyəti olanlar bundan sonra fəaliyyətlərinə xitam verməlidirlər. Çünki artıq reallıq açıq-aşkar ortalıqdadır, bu adamlar özləri cəmiyyət tərəfindən boykot olunmuş adamlardır. “Həmin müxaliflərin eləsi var ki, seçkilərdə bir–birinə rəqib, alternativ olublar, indi ikisi də bir yerdədirlər. Yəni, bu qurum tam ziddiyyətli xarakter daşıyır. Ona görə onlar bu təşkilatın qapısını qıfıllayıb evlərinə çıxıb getməlidirlər, başqa işlərlə məşğul olmalıdırlar. Bəlkə o zaman özlərinə və xalqa yararlı olan nə iləsə məşğul olarlar. Hakimiyyət icazəli aksiyalar üçün müvafiq yerlər ayırıb və təklif edib. Buyurub getsinlər, nə qədər istəyir, aksiya keçirsinlər. Ancaq bunlar orada aksiya keçirə bilməyəcəklərini yaxşı bilirlər. Bilirlər ki, onların sosial bazası yoxdur, həmin məkanlara istədiklərinin heç onda biri qədər adam gəlməyəcək. Məhz bunun üçün icazəsiz aksiyada, qarşıdurmada maraqlıdırla

 

OXŞAR XƏBƏRLƏR