"Skype" vasitəsi ilə oğru adını aldı

MARAQLI
17:00 26.09.2012
1700
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 23-də “qanuni oğru” David Xizanişvili xaricdə yaşayan kriminal avtoritetlər tərəfindən oğru adı alıb. ANS PRESS-in gürcü mənbələrinə istinadən verdiyi məlumata görə, advermə “Skype” vasitəsi ilə baş tutub. 
Gürcüstan hüquq-mühafizə orqanları qeyd edir ki, bu metoddan ona görə istifadə olunub ki, son 7 ildə Gürcüstanda “qanuni oğrular”ın nümayəndəsi olmayıb. DİN-in məlumtaına görə, Xizanişvili mütəşəkkil cinayətkar qrupunun rəhbəri olub. O bir neçə gün öncə həbs olunub. Xizanişvili hazırda Yunanıstanda yaşayan “qanuni oğru” Laşa Şuşanaşvilinin göstərişi ilə hərəkət edirdi. Xizanişvili ayrı-ayrı bölgələrdə seçiciləri Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” partiyasına səs verməyə məcbur edirdi. 
Qeyd edək ki, Laşa Şuşanaşvili (Laşa Rustavskiy) Ded Xasanın sağ əli olub. O, Rusiyada ən böyük kriminal qruplaşmasının başçısı olsa da, son zamanlar Yunanıstanda yaşamağa üstünlük verir.
OXŞAR XƏBƏRLƏR