Smartfonlardan istifadə üz quruluşumuzu dəyişdirir - Həkim

Smartfonlardan istifadə üz quruluşumuzu dəyişdirir - Həkim
SOSİAL
09:32 12.06.2026
298
Smartfonlardan uzunmüddətli istifadə erkən qocalmanı sürətləndirə bilər. Bu barədə dermatoloq Sofiya Belaş xəbərdarlıq edib.

Həkim mövzu ilə bağlı "Lenta.ru"ya danışıb.

Onun sözlərinə görə, smartfonlar adətən görmə və duruş problemi yaradır. Lakin onların başqa təsirləri də müşahidə olunur.
Belaş bildirib ki, son illərdə yeni pasiyent qrupu formalaşıb. Bu qrupa əsasən 25-35 yaşlı insanlar daxildir.

Həkim həmin şəxslərdə erkən dəri sallanması əlamətləri gördüyünü deyib. Onlarda piqmentasiya da daha tez yaranır.

Əvvəllər bu dəyişikliklər daha çox 40 yaşdan sonra görünürdü.
Mütəxəssis bunun səbəbini iki amillə əlaqələndirib. Bunlar mavi işıq və boyun nahiyəsinin pozulmuş vəziyyətidir.

Onun sözlərinə görə, ekranlar yüksək enerjili görünən işıq yayır. Bu işıq dəri hüceyrələrinə təsir göstərir.

Nəticədə sərbəst radikalların fəaliyyəti artır. Oksidləşdirici stress prosesi başlayır.

Kolageni parçalayan fermentlər daha aktiv olur. Dəri zamanla sıxlığını və elastikliyini itirir.
Bu isə toxumaların sallanmasına səbəb olur.

Həkim smartfondan istifadə zamanı başqa riskə də diqqət çəkib. İnsan başını adətən aşağı əyilmiş vəziyyətdə saxlayır.
Bu vəziyyət boyun fəqərələrinə əlavə yük yaradır. Nəticədə boyun əzələlərində gərginlik artır.
Zaman keçdikcə bu əzələlər üz toxumalarını aşağı çəkə bilər.
Həkimin sözlərinə görə, bu dəyişikliklər çənə xəttinə də təsir edir. Boyunda şaquli xətlər yarana bilər.

Çənəaltı nahiyədə yumşaqlıq da əmələ gələ bilər. Bu hal normal çəkili insanlarda da görünür.
Bundan əlavə, limfa axını zəifləyir. Üz daha şişkin görünməyə başlayır.
Sonrakı mərhələdə dəyişikliklər üzün orta hissəsinə yayılır. Burun-dodaq qırışları daha nəzərəçarpan olur.

Gözün xarici küncü də aşağı enə bilər.

Daha əvvəl alimlər qocalmanı ləngidən əlavələri müəyyən ediblər. Araşdırmaya görə, kollagen və C, E vitaminləri faydalı ola bilər.


/Demokrat.az
OXŞAR XƏBƏRLƏR