10 aprel 2010-cu ildə Polşaya məxsus “Tu 154-m” təyyarəsi Varşavadan Smolenskə getmək üçün havaya qalxdı. Təyyarənin göyərtəsində Polşanin prezidenti Lex Kaçinski və onun həyat yoldaşı, bir sıra dövlət nümayəndələri ilə birlikdə 96 nəfər var idi. Prezident Lex Kaçinski Rusiyaya Polşa əsgərlərinin güllələnməsinin 70 ili üçün təşkil olunmuş tədbirə qatılmaq üçün yollanırdı.Uçuş zamanı havanın əlevrişsizliyi, qatı duman müşayiət olunurdu. Məhz elə bu cür hava şəraitinin təyyarənin qəzaya uğramasına səbəb olduğu bildirilir. Qəzada təyyarədə olan bütün sərnişinlər, o cümlədən Polşanın prezidenti və xanımı faciəli şəkildə həlak oldular.Qəzadan sonra aparılan araşdırmalar da qəzaya məhz qatı dumanın səbəb olduğu, təyyarədə heç bir problemin olmadığı bildirilib.