SOCAR Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə uşaq bağçası tikir - FOTO

İQTİSADİYYAT
13:10 21.10.2020
257

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” ölkənin Laqodexi bələdiyyəsinin ərazisində 18 000 azərbaycanlının yaşadığı Qabalı kəndində uşaq bağçasının təməlini qoyub.

Bu barədə AZXEBER.COM-a SOCAR-dan məlumat verilib.

Məlumata görə, təməlqoyma mərasimində şirkətin prezidenti Rövnəq Abdullayev, Sərmayələr idarəsinin rəisi Vaqif Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan hökumətinin Kaxeti bölgəsi üzrə səlahiyyətli nümayəndəsinin vəzifələrini icra edən İrakli Şioşvili, Laqodehi meri Condo Mdivnişvili, Laqodehi bələdiyyəsindən parlament üzvü Quram Maçaraşvili və digər rəsmi şəxslər iştirak ediblər.

100 nəfərlik uşaq bağçasının infrastrukturuna 4 sinif otağı, yeməkxana, idman və oyun zalları, tibb məntəqəsi və yataq otaqları, həmçinin inzibati-texniki tikililər daxildir. Uşaq bağçasının ərazisində açıq oyun meydançası da tikiləcək. Binada məhdud fiziki qabiliyyətə malik uşaqlar üçün panduslar və xüsusi sanitariya qovşaqları nəzərdə tutulub. Uşaq bağçasının ümumi sahəsi 1242 kvadrat metrdir. Tikinti işlərinin 8 ay müddətində başa çatdırılması planlaşdırılır.

SOCAR Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmağa 2006-cı ildən başlayb və indiyə qədər minlərlə yeni iş yeri yaradıb. Hazırda şirkətin Gürcüstanda Kulevi Neft Terminalı, qazpaylayıcı şəbəkəsi və yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Şirkət kommersiya fəaliyyəti ilə yanaşı Gürcüstanda müxtəlif sosial yönümlü layihələri də həyata keçirir. Bu layihələrin bir hissəsi Gürcüstanda yaşayan soydaşlarımızın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və cəmiyyətə daha effektli inteqrasiya olunmasına yönəlidilir.

"SOCAR Energy Georgia” 2008-ci ildən etibarən Gürcüstanın dövlət universitetlərində təhsil alan və bu ölkənin vətəndaşı olan azərbaycanlıların təhsil haqlarını ödəyir. Artıq bu tələbələrin sayı 2 min nəfərə çatıb. Şirkət, 2013-2017-ci illər ərzində Gürcüstanın dövlət universitetlərində təhsil alan 120 azərbaycanlı əlaçı tələbəyə təqaüd də verib.

 




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”