SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi - FOTO

SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi - FOTO
SOSİAL
23:27 07.08.2020
1046
Avqustun 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbər şurasının üzvlərinin "SOCAR Tower”də iclası keçirilib.
 
AZXEBER.COM SOCAR-ın rəsmi saytına istinadla xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 avqust 2020-ci il tarixində Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri və o cümlədən, SOCAR barədə səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələr müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə son 15 ildə SOCAR lokal milli şirkətdən beynəlxalq şirkətə çevrilib, qlobal və regional əhəmiyyətli bir çox meqa-layihələri həyata keçirməyə nail olub. Hazırkı dövrdə inzibati iqtisadiyyat modelindən tam uzaqlaşmağın və koorparativ idarəetmə sistemini təkmilləşdirməyin əhəmiyyəti vurğulanıb. Effektli bazar iqtisadiyyatı modelini əsas götürərək, müasir rəqəmsal şirkətə transformasiyamız bundan sonra daha da sürətlənməsi, əməliyyat və investisya layihələrinin gəlirliyinin təmin olunması barədə fikir mübadiləsi aparılıb.

Hələ bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını "McKinsey” şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır. Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır. Bunun üçün idarəetmə modelinin bütövlükdə təkmilləşdirilməsi, funksional idarəetməni mərkəzləşdirməklə yanaşı, əməliyyatlarımızın çevikliyinə nail olunması, ən əsası da bürokratik proseslərin sadələşdirilməsi mütləq şərtdir. SOCAR artıq bir müddətdir ki, bu istiqamətdə irəliləyir və indi, dövlət başçısının haqlı iradlarını əsas götürərək, atdığı addımları daha da sürətləndirmək əzmindədir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
21:25 23.08.2026
İlham Əliyev: Azərbaycan-Özbəkistan İnvestisiya Fondu ən səmərəli və nəticəyönümlü fonddur
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
20:14 23.08.2026
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI