SOCAR yunan şirkətini aldı

SOCAR yunan şirkətini aldı
İQTİSADİYYAT
09:30 03.08.2013
2801

Yunanıstanın “Hellenic Petroleum” neft-qaz şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Yunanıstanın qaz nəqliyyat sisteminin operatoru olan “DESFA” şirkətinin səhmlərinin böyük hissəsini əldə etməsini bəyənib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunub ki, “Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası “DESFA” şirkətinin 66% səhmlərinə görə ARDNŞ-in 400 milyon avro məbləğində vəsait təklifini daha faydalı hesab edərək qəbul edib. “DESFA” şirkətinin 35% səhmləri “Hellenic Petroleum”a, 31% isə ötən gün sövdələşməyə razılıq vermiş Yunanıstanın Dövlət Özəlləşdirmə Fonduna məxsusdur.

“Hellenic Petroleum” şirkətinin İdarəetmə Şurası bildirib ki, məsələ ilə şirkətin yekun qərarı səhmdarların sentyabrın 2-də keçiriləcək fövqəladə toplantısında veriləcək. “Səhmlərin satışına səlahiyyətli milli və Avropanın nizamlayıcı instansiyaları da razılıq verməlidir”, deyə “Hellenic Petroleum” şirkətinin açıqlamasında qeyd olunub.

Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu, öz növbəsində, avqustun 2-də bəyan edib ki, ölkənin iqtisadiyyatına həlledici tövhə verəcək “ARDNŞ-ı Yunanıstan bazarında çox ciddi və strateji tərəfdaş kimi böyük məmnuniyyətlə qəbul edir”. Dövlət Özəlləşdirmə Fondu hesab edir ki, “bu gələcəkdə nəinki yunan istehlakçıları, həm də Yunanıstan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi üçün böyük faydalar gətirəcək”.

Qeyd edək ki, ARDNŞ-dan savayı “DESFA”ya Rusiyanın “Sintez” şirkətlər qrupu və “PPF-Terna” müştərək yunan-çex şirkəti iddia edib. Lakin 2013-cü ilin iyununda qeyd olunan şirkətlər müraciətlərini geri götürüblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?