ŞOK! 21 yaşlı qız anasını döyən şəxsin qanını tökdü

ŞOK! 21 yaşlı qız anasını döyən şəxsin qanını tökdü
Bütün Xəbərlər
15:07 05.09.2011
2080

36 yaşlı kişi xəstəxanaya, 21 yaşlı qız isə həbsxanaya aparılıb Sentyabrın 4-də Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Goranboy rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Məşədiqaralar kəndində Tünzalə İsmayılovanın qonağı 1975-ci il təvəllüdlü Rəşad Rzayev münaqişə zəminində ev sahibəsini döyüb. Bu zaman anasının döyüldüyünü görən, qızı 1990-cı il təvəllüdlü İsmayılova Miranə Mirzə qızı mətbəxdəki bıçağı götürərək Rəşadın üstünə şığıyıb və anasını döyən şəxsin qarnına bir neçə zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib. 21 yaşlı M.İsmayılova isə həbs edilib. Qeyd edək ki. R.Rzayevlə İsmayılovlar ailəsi arasında dostluq əlaqələri varmış. Hadisənin konkret səbəbi və zəmini isə hələlik açıqlanmır. Faktla əlaqədar araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR