ŞOK! “Fənərbağça” Çempionlar Liqasından xaric edildi

İDMAN
01:10 25.08.2011
1959

Türkiyənin "Fənərbağça" klubu 2011-2012-ci il mövsümündə Çempionlar Liqasından kənarlaşdırılıb. Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar qəbul edib.  TFF-nin rəsmi internet saytında yerləşdirilən açıqlamada qərarın UEFA-nın tələbi ilə verildiyi bildirilir: "UEFA 23 avqust 2011-ci ildə TFF-ə göndərdiyi məktubda ölkəmizdə davam etməkdə olan danışılmış oyunlar istintaqı çərçivəsində "Fənərbağça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan çəkilmə qərarı verməsinin gərəkliyini, klubun bu yola getməyəcəyi halda, TFF-in "Fənərbağça"nı 2011-2012-ci il mövsümündə Çempionlar Liqasına qatılmaqdan xaric etməsinin gərəkliyini, bu 2 yoldan hər hansı biri yerinə yetirilməsə, UEFA-nın özünün intizam araşdırması başlataraq TFF, yəni ölkəmiz əleyhinə intizam sanksiyaları tətbiq etmə vasitəsinə əl atacağını bildirib. Bundan sonra vəziyyət TFF tərəfindən dərhal yazılı şəkildə "Fənərbağça" klubuna çatdırılıb. "Fənərbağça" isə avqustun 24-də TFF-ə göndərdiyi cavab məktubunda TFF-in bu məsələdə iddianamənin məhkəmədəcə qəbulunun gözlənilməsinə yönəlmiş qərarına hörmətlə yanaşdıqlarını və qısa müddət ərzində belə önəmli məsələyə dair konkret qərar verilməsinin mümkün olmayacağını bildirib. Bundan sonra məsələ TFF-in İcraiyyə Komitəsinin növbədənkənar toplantısında qaldırılıb və həm "Fənərbağça"nın məruz qala biləcəyi ağır intizam sanksiyaları, həm də TFF-in, yəni ölkəmizin üzləşə biləcəyi intizam sanksiyaları göz önünə alınaraq, "Fənərbaxça"nın bu mövsüm Çempionlar Liqasına qatılmaqdan xaric edilməsinə qərar verilib". Qeyd edək ki, "Fənərbaxça" ötən mövsüm Türkiyə Superliqasının qalibi kimi birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Lakin sonradan klubun danışılmış oyunlarda iştirakı ittihamı ilə cinayət işi açılıb. İstintaq çərçivəsində “sarı-lacivərdlilər”in prezidenti Aziz Yıldırım həbs olunub.

//lent.az

OXŞAR XƏBƏRLƏR