Son 20 gündə koronavirusa yoluxan təhsil işçilərinin sayı açıqlandı

Son 20 gündə koronavirusa yoluxan təhsil işçilərinin sayı açıqlandı
SOSİAL
15:01 23.02.2021
937
Son 20 gündə (1-21 fevral) ölkə üzrə məktəblərdə virusa yoluxan işçi heyətinin sayı açıqlanıb.

Təhsil Nazirliyindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin müddətdə virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib.

Qeyd olunub ki, həmin müddətdə ölkə ərazisində 4 427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.

OXŞAR XƏBƏRLƏR