Son 20 ildə "Barselona"nın ən uğursuz 10 transferi - SİYAHI + FOTO

İDMAN
17:10 20.05.2020
1026
Hazırda dünyanın ən güclülərindən olan "Barselona"ya gələn hər oyunçu uğur qazana bilməyib.

Kataloniya klubu hər nə qədər "La Masia" akademiyasında oyunçu yetişdirsə də, parlamaqda olan oyunçulara da çoxlu pullar xərcləyib.

AzxeberSport son 20 ildə tarix yazmış "Barselona"nın elə son 20 ildəki ən uğursuz transferlərini təqdim edir.

10. Rüştü Rəncbər. "2003-cü ildə "Fənərbaxça"dan alınan qapıçı debüt matçından etibarən Raykaardın rəğbətini qazandı. Ancaq ispan dilini bilməməsi və heç öyrənmək istəməməsi oyunçunun yerini gələcəyin ulduzu olacaq Valdesə verməsinə səbəb oldu. Rüştü "Barselona"da cəmi 7 matç oynaya bildi. O kobud səhvlərlə yadda qaldı və heyətdəki yerini birdəfəlik itirdi.

9. Duqlas.  "Barsa"ya 2014-cü ilin yayında, "Sao Paulo"dan 4 milyon avroya gələn sambaçı ilk matçdan etibarən gözdən düşməyə başladı. Daha çox kubok matçlarında oynayan oyunçu iki mövsümdə cəmi 8 dəfə "Barselona" forması geyinə bildi. Hazırda "Beşiktaş"da oynayır

8. Flipp Kristanval. "Monako"dan 2001-ci ilin yayında 6.5 milyon fransalı "Barselona"dakı iki ilində, yerini möhkəmləndirə bilmədi və 2 il sonra Marselə transdfer olundu. 2009-cu ildə klubsuz qaldığı üçün karyerasını bitirdi.

 

7. Enrike. Komanda Pep Qvardiola rəhbərliyi altında mümkün 19 kubokdan 14-ü qazandığı, klub tarixinin ən uğurlu dövrü olan 2008-ci ildən 2012-ci ilə qədər "Barselona"nın üzvü idi. Ancaq mərkəzi müdafiəçinin bu uğurlarla ("Palmeyras"-dan 8 milyon avroya alınmışdı) heç bir əlaqəsi yoxdur. O, "Barsa"da bir dəfə də meydana çıxa bilmədi. Hazırda Ərəbistanda oynayır.

 

6. Keirrison. 2009-cu ildə 14 milyon avro qarşılığında  "Barselona"ya gələn hücumçu da Kataloniya klubunda tutuna bilmədi. Əsas komandada çıxış edə bilməyən oyunçu müxtəlif klublara icarəyə verilsə də, istəniləni sərgiləyə bilmədi və ölkəsinə qayıtdı.


 

5. Aleks Sonq. 2012-ci ildə "Arsenal"dan gələn kameronlu oyunçu özü də pulu gördükdən sonra futbolu unutduğunu etiraf edib. "Barselona"da bərbad karyeraya sahib olan oyunçu futbol həyatını da tez bitirib.

 

 

4. Aleksandr Qleb. 2008-ci ildə 17 milyona "Barselona"ya gələn oyunçu komandasının həmin ildəki zəfərinə töhfə verə bilmədi. 36 oyunda meydana çıxan Qleb "Kamp Nou"da tutuna bilməyən növbəti oyunçudan biri oldu.

 

3. Dmitri Çiqrinski. Ukraynada yeni ulduz kimi görülən Çiqrinski 2009-cu ildə "Barselona"ya transfer olundu. "Şaxtyor"da möhtəşəm işlər görən oyunçu, bu uğurlu performansı davam etdirə bilmədi və cəmi 14 dəfə "Barsa" formasını geyinə bildi. Bu ukraynalılar üçün məyusedici vəziyyət idi.

 

 

2. Andre Gomeş. Portuqaliyalı oyunçu 2016-ci ildə "Barselona"ya gələrkən hər kəs onun yeni ulduz olacağını düşünürdü. Ancaq zəif temp, oyunçuları anlaya bilməməsi 23 yaşlı oyunçunun Kataloniya klubuna uyğun olmadığını sübut etdi. 2018-ci ildə "Everton"a icarəyə verilən oyunçu elə İngiltərə klubu ilə müqaviləyə razılaşıb, orada qaldı.

 

 

1. Arda Turan. Mütəxəssislər bu transfer haqda belə düşünür: Fiasko. 24 milyon avro ödənilib 6 ay kluba qoşulması üşün gözlənilən "Qalatasaray"ın yetirməsi əslində "Atletiko"da əla işlər görürdü. "Barselona"da da başlanğıc yaxşı oldu. İspaniyada çoxlu reklamlara çəkilən və maaşı yüksək olan Arda "Barselona"da 7 nömrəni geyinirdi. Daha sonra özəl həyatıyla gündəmə çox gələn Arda Turanın çöküşünə türk mediası da kömək etdi. Hər gün haqqında bir xəbər çıxan Arda Turan Milli komandada da Fatih Terimlə münasibətlərini korladıqdan sonra "Barselona"da tam gözdən düşdü. Hazırda klubsuz qalan Arda "Qalatasaray"a dönmək istəyir.
 

 


OXŞAR XƏBƏRLƏR