SON DƏQİQƏ! Ankarada ikinci partlayış baş verib

Bütün Xəbərlər
18:40 03.02.2011
2033

Azxeber.com portalının “CNN TÜRK”ə istinadən verdiyi xəbərə görə, Ankaranın OSTİM sənaye məhəlləsində növbəti partlayış baş verib.  Bakı vaxtı ilə saat 21.30 radələrində  baş verən partlayış nəticəsində, ilkin ehtimallara görə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

 

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ankarada  OSTİM sənaye məhəlləsində içərisində 80 nəfərin çalışdığı kiçik emalatxanada partlayış baş verib. Verilən ən son məlumatlara görə hadisə nəticəsində 6 nəfər ölüb, 27 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR