SON DƏQİQƏ - Azərbaycanda dəhşətli qəza - Ölənlər və yaralılar var

SOSİAL
22:27 01.12.2019
7683
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.  

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,  "Mitsubishi Pajero" ilə "VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. 

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.  

20:54

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

OXŞAR XƏBƏRLƏR