Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı
SOSİAL
13:56 29.10.2020
5533

"Bu gün saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu ərazisinə qadağan olunmuş 2 raket atılıb".
Bunu "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, düşmənin atdığı raketlər rayonun Səhləbat, Əskipara və Ələsgərli kəndləri istiqamətində partlayıb: "Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə və təssərüfata ziyan dəyib".

OXŞAR XƏBƏRLƏR