Ermənistan vətəndaşlarının yarısından çoxu növbədənkənar parlament seçkilərinin keçirilməsini zəruri hesab edir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan mediası "Gallup" təşkilatının 1 001 respondent arasında keçirildiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.
Sorğu iştirakçılarının 33,6 %-i növbədənkənar seçkilərin birmənalı şəkildə zəruri olduğunu, daha 17,1 %-i isə çox güman ki, buna ehtiyac olduğunu hesab edir.
Əgər növbədənkənar parlament seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, "Gallup" sorğusuna əsasən ən çox səsi (24,3 %) hakim "Mülki müqavilə" partiyası toplayardı. İkinci yeri 8,5 % nəticə ilə "Güclü Ermənistan" partiyası, üçüncü yeri isə respondentlərin 6,7 %-nin səs verməyə hazır olduğu "Ermənistan" bloku tutardı.
Siyasi xadimlər arasında Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan müvafiq olaraq 31,1 % və 30 % səviyyəsində müsbət qiymətləndirməyə malikdir. Onların fəaliyyətindən narazılıq göstəriciləri də oxşardır: 36,5 % və 33,6 %.











































