Tədbirdə Bakı SOS Kəndinin yetirmələri, Uşaq İnkişaf Mərkəzinin və Ailələrə dəstək layihəsinin benefisiarlarının maraqlı proqramı təqdim olunacaq. Həmçinin, Gənclər Evində yaşayan SOS gənclərinin də rəngarənq çıxışları gözlənilir. Öz səhnə bacarıqlarını paylaşmaq istəyən uşaqlar maraqlı səhnəciklər də hazırlayıblar. Bundan əlavə, Uşaq Yaradıcılıq dərnəyinin və Bacarıqlı əllər dərnəyinin uşaqlarının əl işlərindən ibarət satış- sərgi təşkil ediləcək.
Satışdan əldə ediləcək vəsait uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə xərclənəcək. Qeyd edək ki, tədbir zamanı nümayiş etdirilən bacarıqlar “Bakcell stars” Korporativ Sosial Məsuliyyət layihəsi nəticəsində əldə edilən vəsait hesabına uşaqların öyrəndiklərinin bir növ hesabatıdır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə əsaslı qayğı modeli təklif edən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Ailə gününə xüsusi önəm verir və hər il ictimaiyyətin diqqətini ailə dəyərlərinə yönəltmək məqsədilə belə tədbirlər həyata keçirir.