Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutuldu - VİDEO

Sosial şəbəkədə bankın adına səhifə açaraq dələduzluq edən şəxs tutuldu - VİDEO
KRİMİNAL
13:40 23.11.2022
1042
Sosial şəbəkədə banklardan birinin adına saxta səhifə açaraq vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkədə vətəndaşa qarşı dələduzluq edən şəxs tutularaq istintaqa cəlb edilib.

Polis şöbəsinə müraciət edən zərərçəkən kartında olan məbləği öyrənmək məqsədilə "Instagram” sosial şəbəkəsində banklardan birinin səhifəsinə yazdığını, kart məlumatlarını özünü bank işçisi kimi təqdim edən şəxsə göndərməsi nəticəsində hesabında olan 2000 manat pulun çıxarıldığını bildirib.

Daxil olmuş müraciət əsasında aparılan ilkin araşdırma zamanı sosial şəbəkədəki həmin səhifənin qeyri-rəsmi, yəni saxta olduğu, vətəndaşların pullarını ələ keçirmək məqsədilə naməlum şəxs tərəfindən yaradıldığı müəyyən edilib. Keçirilmiş istintaq və əməliyyat-texniki tədbirlər nəticəsində dələduzluq cinayətini törədən Mingəçevir şəhər sakini, 23 yaşlı Asif Osmanov şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Asif Osmanovun başqa vətəndaşlara qarşı da analoji cinayətlər törətməsi istisna olunmur. Əgər onun əməllərindən zərərçəkən başqa şəxslər olarsa, bu barədə DİN-in "102” Xidməti Zəng Mərkəzinə və Qəbələ Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır